Separatçılar Paşinyana qarşı – Qarabağda nə baş verir?
Bizi izləyin

Nida Təhlil

Separatçılar Paşinyana qarşı – Qarabağda nə baş verir?

Ermənistanda Nikol Paşinyanın komandası ilə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin “rəhbərliyi”, keçmiş hakimiyyətə bağlı olanlar arasında qarşıdurma davam edir.

Publika.az
xəbər verir ki, separatçı rejimin indiki “rəhbəri” Bako Saakyan və keçmiş “rəhbəri” Arkadi Qukasyan Robert Koçaryana qarşı açılmış cinayət işinə xitam verilməsi üçün Ermənistanın baş prokuroruna müraciət edib.

Baş nazir Nikol Paşinyan separatçı rejimin bu mövqeyini tənqid edib.

“Mən anlayıram ki, onlar (Koçaryanla Saakyan və Qukasyan-red.) dost idilər. Vaxtilə Koçaryan Qarabağın “prezidenti” idi. Lakin onlar niyə hazırda həbsxanada olan Qarabağın “qəhrəmanı” Manvel Qriqoryanı müdafiə etmirlər?!”, - deyə o bildirib.

Erməni şərhçilər Koçaryan məsələsinin separatçılarla Paşinyanın komandası arasında uçurum yaratdığını və bunun Ermənistan üçün ciddi təhlükə siqnalı olduğunu qeyd edirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm