İstanbulun İŞĞAL PLANI: Paraşütlü kəşfiyyatçılar Boğazı keçmək üçün... – MƏXFİ SƏNƏDLƏR
Bizi izləyin

Nida Təhlil

İstanbulun İŞĞAL PLANI: Paraşütlü kəşfiyyatçılar Boğazı keçmək üçün... – MƏXFİ SƏNƏDLƏR

Faşizm üzərində qələbənin ildönümündə II Dünya müharibəsində nasist Almaniyasının Türkiyəyə hücum planına dair gizli sənədlər yenidən medianın gündəminə gəlib.

Publika.az
Türkiyə mediasına istinadən xəbər verir ki, II Dünya müharibəsində Almaniya Türkiyəyə qarşı heç bir təhdid açıqlaması verməyib və hücum planları açıq şəkildə bildirilməyib.

Tarixçilər hesab edirlər ki, bu, I Dünya müharibəsində Türkiyənin Almaniya ilə müttəfiq olmasından irəli gəlirdi. Digər versiyaya görə, Türkiyədə coğrafi şərtlərin müharibə aparmaq üçün çətin olduğunu anlayan Almaniya bundan vaz keçib. Lakin almanların soyuq Rusiyaya qədər gəldiyini nəzərə alanda ikinci versiya sıradan çıxır.

“Qızıl Ordu”nun 1941-ci ilin 15 iyununda ələ keçirdiyi gizli sənədlər isə Almaniyanın Türkiyəyə qarşı hücum planının olduğu ortaya çıxıb.

SSRİ bu sənədləri media üzərindən bütün dünyaya açıqlayır. Məqsəd Türkiyəni nasistlərə qarşı öz cəbhələrinə çəkmək idi.

1941-ci ilin 26 iyun tarixində “İzvestia” qəzeti “Almaniya Silahlı Qüvvələrinin Türkiyəyə hücumu ilə bağlı gizli sənədlər” adlı məqalə dərc edir və həmin sənədlər qəzetdə yayımlanır. 1941-ci ilin 27 iyununda “Vatan” qəzeti də “Hitlerin Türkiyəyə hücum planı” manşeti ilə xəbər yayımlayıb.

Sənədlərə görə, nasistlər İstanbulu işğal etmək üçün boğazı necə keçməyin yollarını araşdırıb. Bununla yanaşı, alman kəşfiyyatçılara paraşütlə Çatalca bölgəsinə enərək, əməliyyata başlamaq əmri verilib. Bu sənədlər 2012-ci ildə Türkiyə ictimaiyyətinə açıqlayıb. Sənədlər 1940-ci ilin dekabr ayına aiddir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm