Nida Təhlil
Nazir müavini: Keşikçidağla bağlı təxribat xarakterli bəyanatlar verilir
Azərbaycan-Gürcüstan sərhədində yerləşən Keşikçidağla bağlı təxribat xarakterli bəyanatlar verilir.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, sərhəd dövlət məsələsidir və bu məsələ dövlətlərarası danışıqlar çərçivəsində həll edilməlidir:
"Gürcüstanla dövlət sərhədinin delimitasiyası ilə 1996-cı ildən məşğul oluruq. Bu dövr ərzində daim danışıqlar aparılıb. Gürcüstanla sərhədin üçdə iki hissəsi delimitasiya edilib, üçdə bir hissəsində isə hələlik delimitasiya prosesi başa çatmayıb. Bu, böyük iş tələb edir. Danışıqlar davam etdirilir. Bu məsələlər ictimai müzakirə məsələləri deyil. Bu, dövlətlərarası xarakter daşıyan ciddi məsələlərdir. Belə məsələlər kiminsə tarixi, yaxud dini fikir söyləməsindən asılı deyil. Məsələ ancaq hüquqi müstəvidə çözülə bilər. Azərbaycan və Gürcüstan 100 ildən artıqdır ki, bu sərhədlər çərçivəsində yaşayırlar. Təbii ki, bu sərhədlərin mövcudluğu barədə müvafiq hüquqi sənədlər var. Ona görə də mən bir daha bildirirəm ki, belə məsələlər hüquqi müstəvidə, danışıqlar yolu ilə həll ediləcək. Bundan əlavə, tarixən Gürcüstan və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq, qonşuluq münasibətləri mövcuddur. Azərbaycan və Gürcüstan dövlətlərini strateji partnyorluq münasibətləri birləşdirir. Hər iki dövlətin iştirakı ilə beynəlxalq əhəmiyyətli, strateji əhəmiyyət kəsb edən işlər görülüb. Biz bu gün də bu layihələrin üzərində işləyirik".
Nazir müavini deyib ki, səslənən müxtəlif bəyanatlar hər iki dövlətin maraqlarına ziddir:
"Belə söhbətlər məsələnin həllinə xidmət edə bilməz. Azərbaycan və Gürcüstan arasında olan dövlətlərarası münasibətlərin potensialı imkan verir ki, biz bu məsələni hüquqi müstəvidə həll edək". (trend)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK