• USD 1,7000 0,00% EUR 1,8964 -0,03%
    • GBP 2,1611 -0,08% RUB 0,0264 0,00%

Onlar maddi şirnikləndirmə əvəzində Azərbaycan dövlətçiliyinə qarşı bunu edirlər - DEPUTAT

Onlar maddi şirnikləndirmə əvəzində Azərbaycan dövlətçiliyinə qarşı bunu edirlər - DEPUTAT

“Prezident İlham Əliyevin Brüsseldə Şərq Tərəfdaşlığı Sazişinin 10 illiyi ilə bağlı tədbirdə iştirakı mühüm bir hadisədir. Azərbaycanın Avropaya inteqarasiyasında əhəmiyyətli rol oynayır. Eyni zamanda, Avropanın Azərbaycanı nüfuzlu dövlət kimi tanımasının göstəricisidir. Azərbaycanın belə nüfuz qazanması, öz müstəqil siyasətini yürütməsi Avropada müəyyən dairələri narahat edir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə səsləndirib.

Ötən gün Brüssel şəhərində bir qrup anti-milli ünsürün Azərbaycan əleyhinə aksiya təşkil etmək cəhdi ilə bağlı danışan millət vəkili bildirib ki, Avropanın narahat dairələri müxtəlif metodlarla, o cümlədən, xaricdə məskunlaşan azərbaycanlı miqrantlardan çirkin məqsədlər üçün istifadə etməyə çalışırlar: “Bir qrup azərbaycanlı sadəcə olaraq maddi şirnikləndirmə əvəzində Azərbaycan əleyhinə fikirlər səsləndirirlər. Bu, əslində, Azərbaycan dövlətçiliyinin əleyhinə olan addımdır. Erməni millətçilərinin "dəyirmanına su tökmək" məqsədi daşıyan cəhddir. Aksiya keçirməyə cəhd edənlərin bir-iki nəfər olması xaricdə yaşayan azərbaycanlıların öz ölkələrinə və xalqlarına qarşı çirkin təxribatlarda iştirak etmək istəməməsininn bariz nümunəsidir. Eyni zamanda, bu cür aksiyaların məqsədli şəkildə təşkil olunması bununla sübut edilir. Hesab edirəm ki, xaricdə Azərbaycanın əleyhinə aparılan bu kampaniyaların heç bir nəticəsi olmayacaq. Azərbaycan öz müstəqil siyasətini yeridəcək, Avropa ilə bərabər səviyyədə tərəfdaşlıq edəcək. Öz vətəndaşlarının hüquqlarının qorunmasında, sosial rifahının yaxşılaşmasında daim özünün müsbət təcrübəsini ortaya qoyacaq”.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR