• USD 1,7000 0,00% EUR 1,8825 +0,04%
    • GBP 2,1197 +0,97% RUB 0,0266 +1,13%

Azərbaycan sərhədlərində NÜVƏ BOMBASI PARTLAYACAQ: dünya ən dəhşətli SSENARİYƏ DOĞRU

Azərbaycan sərhədlərində NÜVƏ BOMBASI PARTLAYACAQ: dünya ən dəhşətli SSENARİYƏ DOĞRU

ABŞ-ın nüvə sazişindən birtərəfli şəkildə çıxaraq İrana müxtəlif sanksiyalar tətbiq etməsindən sonra iki ölkə arasında yaranan gərginlik son günlərdə pik nöqtəsində çatıb. Artıq bütün dünya bu iki qüvvə arasında hərbi münaqişənin baş qaldıracağından, müharibə ssenarisindən danışır.

Politoloq Tofiq Abbasov Publika.az-a məsələ ilə bağlı açıqlamasında bildirir ki, ilk baxışdan ABŞ-İran müharibəsinin ehtimalları çox yüksək görünür: “Qarşıdurma dərəcəsi durmadan artır, qaynar vəziyyətə çatır. Ancaq nəzərə almaq lazımdır ki, ABŞ-da, demək olar ki, ilyarımdan sonra prezident seçkiləri keçiriləcək. Ona görə də Donald Tramp Bolton-Pompeo xəttinin dəlisovluğuna heç vaxt varmayacaq. Son günlər Trampın çox böyük bir qəzəbi yaranmışdı. Çünki ABŞ-ın Venesueladakı siyasəti uğursuz alındı. Tramp bu vəziyyətin özünün yaxın dairələrinin səhvləri ucbatından yarandığını zənn edir. Hər halda, ABŞ-ın niyyəti baş tutmadı. Xuan Quaydo hakimiyyətə gələ bilmədi. Digər tərəfdən, Venesuela ordusu yekdilliklə Nikolas Maduronun tərəfindədir. Demək olar ki, ABŞ-ın bütün proqnozları alt-üst oldu”.

T.Abbasov qeyd edir ki, bu baxımdan, İranla müharibə çox təhlükəli məsələyə çevilir: “Çünki bölgə özü həssas, dünya iqtisadiyyatında mühüm rol oynayan, 3 qitənin arasında yerləşən bir hövzədir. Burada dünyanın enerji daşıyıcılarının 35%-i məhz bu bölgədən ixrac edilir. Həmin bölgənin nəqliyyat-kommunikasiya xətləri, ümumi istehsal prosesindəki rolu həddən artıq yüksəkdir. Əgər müharibə başlayarsa, burada ikitərəfli müharibədən söhbət getməyəcək. Çünki körfəz dövlətlərinin çoxu bu məsələdə maraqlıdırlar”.

Politoloqun fikrincə, burada hamının hamıya qarşı müharibəsi – dünya müharibəsi ehtimalı var: “Bu da ən arzuolunmaz, ən təhlükəli və ən riskli ssenaridir. Ona görə hesab edirəm ki, vəziyyəti bu həddə gətirib çatdırmaq özü böyük səhvdir. Ağlı başında olan, soyuqqanlılıqla hərəkət edən, prqamatizmə üstünlük verən siyasətçilər bu məsələyə rəvac verməli deyillər. Çünki itiriləsi çox şey var. Bu müharibədə nüvə silahından istifadə olunma ehtimalı da mövcuddur. Doğrudur, burada fəal şəkildə təhdidlər, hədələr səsləndirilir. Amma bu o demək deyil ki, bunların arxasından müharibə ideal vəziyyət kimi boylanır. İnanmıram ki, İranla ABŞ arasında müharibə olsun, lakin bu gərginlik hələ uzun müddət davam edəcək. Bu, tək Amerikanın yox, həm də İsrailin, Səudiyyə Ərəbistanının və digər körfəz dövlətlərinin marağında olan prosesdir. Zənn edirəm ki, sağlam baş və soyuqqanlılıq son məqamda öz sözünü deyəcək”.

Tofiq Abbasov İranda yaşayan azərbaycanlıların taleyindən narahatlıqla bağlı səsləndirilən fikirləri də şərh edib: “Azərbaycanlılar İranda erməni, yəhudi icması kimi azsaylı xalq deyil. Azərbaycanlılar İranda fars millətindən sonra ikinci titullu millətdir. Digər tərəfdən İran dövlətinə son dərəcə, maksimal tərzdə inteqrasiya olunmuş xalqdır. Bununla yanaşı, İran azərbaycanlıları təkcə Cənubi Azərbaycan bölgəsində yaşamırlar. Azərbaycanlılar İranda, ümumiyyətlə, siyasi, intellektual sahədə yer alıblar. İnqilab Keşikçiləri Korpusunun əsas zümrələrindən biri də azərbaycanlılardan ibarətdir. Cənubi azərbaycanlılar İran dövlətinin tərkib hissəsidir. İran-İraq müharibəsində də azərbaycanlıların böyük şücaəti və qəhrəmanlıqları olmuşdu. O müharibənin son 2 böyük hərbi kampaniyasında məhz Azərbaycan legionları müharibənin müqəddəratını həll etmişdilər. Əgər ABŞ mövcud gərginlik proseslərində təbliğat kampaniyasında millətlərarası münasibətlərə nifaq salmaq istəyirsə, qondarma problemləri qabardıb ortaya çıxarmaq niyyətindədirsə, separatizmi meydana gətirmək üçün çalışırsa, bu alınmayacaq. Çünki İranın hakim dairələrində birincisi, say, ikincisi, keyfiyyət etibarilə azərbaycanlıların rolu və iştirakı son dərəcə mühüm və həlledicidir”.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR