"Avropa İttifaqı ilə Azərbaycanın mövqeyi üst-üstə düşür" - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

"Avropa İttifaqı ilə Azərbaycanın mövqeyi üst-üstə düşür" - Millət vəkili

Azərbaycan Avropa İttifaqı münasibətləri bərabərhüquqludur, qarşılıqlı faydalı əməkdaşlığa söykənir. Cənab İlham Əliyevin yürütdüyü demokratik və müstəqil siyasət nəticəsində Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri formalaşıb.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən deyib.

Bu səfərin çox uğurlu olduğunu deyən millət vəkili Azərbaycanla Avropa İttifaqı münasibətlərinin strateji tərəfdaşlığa söykəndiyini bildirib:

“Azərbaycnın xarici siyasətində Avropa İttifaqı xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin keçirdiyi görüşlər, xüsusilə Avropa İttifaqı Şurasının sədri Donald Tusk ilə apardığı danışıqlar zamanı səsləndirilən fikirlər dediklərimizi təsdiqləyir. Donald Tusk Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanı etibarlı, məsuliyyətli tərəfdaş hesab etdiklərini və regionda rolunu yüksək qiymətləndirdiklərini bildirdi. Hesab edirəm ki, bu Avropa İttifaqı tərəfindən Azərbaycana verilən dəyərdir. Azərbaycan Avropa İttifaqında daxil olan 28 dövlətin 9-u ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu faktın özü ölkəmizin Avropa İttifaqı üçün önəmini göstərir. Həmçinin xarici ticarətimizin 50 faizi Avropa İttifaqı ölkələrinin payına düşür, enerji sahəsindəki əməkdaşlığımız da xüsusi məna kəsb edir. Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycan yeni enerji mənbəyi funksiyasını rolunu oynayır.Avropa İttifaqı ölkələrinin ildə təxminən 500 milyard kub/metr təbii qaza təlabatı var. Bunun 130 milyard kub/metri Rusiya hesabına ödənilir. Azərbaycan 2020-ci ildə Avropa İttifaqının yeni enerji mənbəyi olacaq, ildə 10 milyard kub /metr qaz ixrac edəcək.

Millət vəkili onu da vurğulayıb ki, Avropa İttifaqı ilə Azərbaycanın fundamental məsələlərdə də mövqeyi üst-üstə düşür:

“Bu baxımdan ən mühüm məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Brüsselin qəbul etdiyi sənədlərdir. Avropa İttifaqı qəbul etdiyi bir çox sənəddə, eyni zamanda keçən il qəbul edilən Tərəfdaşlıq Prioritetləri sənədində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını qəbul edib. İlham Əliyevin Brüssel səfəri zamanı yekun bəyannaməni Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federiko Moqerininin imzalamasına fərqli rəng qatmağa çalışanlar oldu. Bu fikirlər hamısı tamamilə yanlışdır. Bildirim ki, ümumi rəy əsasında belə bir sənəd Federiko Moqeri tərəfindən imzalanıb. Azərbaycan Avropa İttifaqı münasibətlərinin bundan sonrakı mərhələsi üçün mühüm Strateji tərəfdaşlıq məsələləri adlı sənəd üzərində iş yekunlaşmaq üzrədir. Bu sənəddə əsas məqamlar enerji və ticarət məsələləri ilə bağlıdır. Bu sənədlə bağlı razılaşma mövcuddur, lakin bəzi müxalif dairələr buna qərəzli yanaşır. Bu sənədin hazırkı durumda imzalanmamasının demokratiya və insan haqqları ilə bağlı olması iddiaları yanlışdır. Çünki Azərbaycan demokratik inkişaf yolunu seçib,insan hüquqları qorunur, çoxpartiyalı sistem mövcuddur, 3 milyondan çox sosial şəbəkə istifadəçisi var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm