• USD 1,7000 0,00% EUR 1,9396 +0,30%
    • GBP 2,1676 0,00% RUB 0,0272 +1,10%

Qarabağ razılaşması ilə Azərbaycan əraziləri... - İrəvan FƏLAKƏTİN BİR ADDIMLIĞINDA

Qarabağ razılaşması ilə Azərbaycan əraziləri... - İrəvan FƏLAKƏTİN BİR ADDIMLIĞINDA

Ermənistanın baş naziri Nikol Paşinyan gələn aya qədər hökumətdə ciddi kadr dəyişiklikləri aparmaq niyyətindədir. “Jamanak” qəzetinin iddiasına görə Paşinyan anlayır ki, onun kadrları təkcə qeyri-peşəkar deyillər, həm də dövlət idarəetməsində qabiliyyətsizdirlər. Onlar həmçinin avtoritet sahibi deyillər və bu da birbaşa bütün hakimiyyətin avtoritetinə təsir göstərir.

Politoloq, sabiq diplomat Fikrət Sadıxovun fikrincə, Paşinyan nə qədər ciddi kadr dəyişikliyinə getsə belə, bu işə yaramayacaq:

“Ermənistanın hazırkı hökumətində bir çox postları Nikol Paşinyanın tərəfdaşları, mitinqlərdə iştirak edən insanlar tutub. Məsələn, parlamentin spikeri, baş nazirin müavinləri, təhlükəsizlik xidmətinin rəhbəri və s. bu qəbildəndir. Lakin görünür, bu kifayət etməyib. Paşinyan ölkədə baş verən hadisələrə nəzarət edə bilmir. O, özünü demokrat kimi qələmə verir, gurultulu bəyanatlarla çıxış edirdi. Amma hakimiyyətə gələndən sonra başa düşür ki, ölkəyə rəhbərlik etmək mitinqdə çıxış etmək kimi deyil. Burada ciddi, sistemli, qətiyyətli addımlar atılmalıdır. İqtisadi, siyasi məsələlərə baxılmalıdır. Paşinyan hələ ki, siyasi yamaqlarla məşğuldur. Hər dəfə fors-major bir vəziyyət yarananda xalqı küçələrə çağırır, zor tətbiq etdirir. Müxtəlif çağırışlar etməklə öz missiyasını yerinə yetmiş hesab edir. Təbii ki, belə üsullarla ölkəyə rəhbərlik etmək mümkün deyil. Üstəlik, Paşinyanın peşəkar tərəfdarları yoxdur. Bəlkə də boşalmış kadrların yerinə mitinqdə iştirak edən başqa insanlar təyin olunacaq. Amma bu da məsələni tam mənada həll etməyəcək. İqtisadi, siyasi problemlər, xarici məsələlər olduğu kimi qalacaq”.

Politoloq bildirir ki, Ermənistan böhranlardan çıxmaq üçün bu böhranları yaradan səbəb olan Dağlıq Qarabağ problemini həll etməlidir. Paşinyanın bu məsələdə impulsiv addımları heç bir nəticəyə gətirib çıxarmır. O, yaranmış son vəziyyətdən nəticə çıxarmalı və Azərbaycanla razılığa gəlib torpaqları azad etməyə başlamalıdır.

Zümrüd

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR