"Trampın bir həftə ərzində iki dəfə məktub yollaması onu göstərir ki..." - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

"Trampın bir həftə ərzində iki dəfə məktub yollaması onu göstərir ki..." - Millət vəkili

“Dövlət rəhbərləri səviyyəsində rəsmi məktublaşmalar hər iki dövlət arasında müxtəlif formalarda sıx əməkdaşlığın nümunəsidir”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

ABŞ prezidenti Donald Trampın son bir həftədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə iki təbrik məktubu ünvanlamasına münasibət bildirən deputat bildirib ki, hər iki ölkə birgə layihələrdə iştirak, qarşılıqlı sürətdə maraq doğuran məsələlərin müzakirəsi, regionda sülhün və təhlükəsizliyin qorunması platformasında sıx əməkdaşlıq edirlər: “Azərbaycan apardığı müstəqil xarici və daxili siyasət sayəsində dünya birliyində özünə nüfuz qazana bilib və böyük dövlətlər Azərbaycanın bu səylərini qiymətlədirirlər. Ölkəmizin ABŞ-la həm energetika, həm regionda sabitliyin qorunması, Əfqanıstanda vəziyyətin stabilləşməsi məsələsində əməkdaşlığı kifayət qədər dərindir. ABŞ prezidentinin son 1 həftə ərzində Azərbaycana 2 dəfə məktub ünvanlaması Ağ Evdə Azərbaycanla bağlı müsbət fikirlərin olmasının göstəricisidir. Onlar Azərbaycana dinamik inkişaf edən, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan, tərəfdaşlığa, birgə maraqların qorunmasına səy göstərən bir ölkə kimi qiymət verdiyini göstərirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm