Nida Təhlil
"10 dənə də Mxitaryan gəlsəydi..." - Futbol şərhçisindən final dəyərləndirməsi
“204 telekanalda canlı yayım. Siz futbolun özəlliyinə, gücünə baxın. Futbol tam fərqli idman növüdür, sadəcə idmanın şahı deyil, sevgidir. Nəsillərdən ötürülən sevgi. Azərbaycan UEFA ilə birgə düz 1 il bu oyunun yüksək səviyyədə təşkili üçün çalışdı. Fikrimcə, təşkilatçılıqda problem yaşanmadı. Oyuna gələndə, geri qayıdanda avtobuslar qarışqa kimi çalışırdı. Ən son azarkeşin, könüllülərin, işçi heyətin arenanı rahat tərk etməsi üçün gecə saatlarına qədər həvəslə iş getdi”.
Bu sözləri Publika.az-a açıqlamasında məşhur idman jurnalisti, aparıcı Sənan Şəfizadə Avropa Liqasının Bakı Olimpiya Stadionunda baş tutan final matçından danışarkən deyib.

Jurnalist bildirib ki, "Çelsi" fanatlarının qələbəni səhərə qədər şəhərdə qeyd etməsi möhtəşəm görüntülər yaradıb: “Onların sevincini bölüşməsinə heç kim mane olmadı. Əksinə onların təhlükəsizliyini qorumağa çalışdılar və buna nail oldular.
Final özəl hisslər yaşatdı. Həmişə ekrandan izlədiyimiz qitənin ikinci nüfuzlu klub turnirinin finalı bu dəfə şəhərimizdə baş tutdu. İnanılmaz anlar yaşadıq. Lap hardasa kiçik boşluq olsa belə, Azərbaycan bunu bacardı. Gəlin heç olmasa bu dəfə müsbətləri qeyd edək.
Oyuna gəldikdə, ilk hissə darıxdırıcı oldu. "Çelsi" fasiləyə qədər sönük oynadı, irəli atılmadı. "Arsenal" isə hücumlarını məntiqi sonluqla başa çatdırmaqda çətinlik çəkdi. İngilis azarkeşləri də gözlədiyimizi göstərmədi. İkinci hissədə vurulan 5 qol isə vəziyyəti dəyişdi. "Zadəganlar" layiqli qələbə qazandı. 10 dənə Mxitaryan gəlsəydi belə, "Arsenal"a kömək edə bilməzdi”.
S.Şəfizadə qeyd edib ki, finalın Bakıda keçirilməsiylə bizlərə bayram yaşadanlara xüsusi təşəkkür düşür: “Təşkilati işlərdə yaxından iştirak edən dostlarıma demək istərdim ki, onlar bunu bacardı”.
Qeyd edək ki, ötən gün Bakı Olimpiya Stadionunda baş tutan UEFA Avropa Liqasının finalında “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə kubokun sahibi olub.
Zümrüd
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU














.jpg)



















.jpg)


