İlham Əliyev yüksək idarəçilik bacarığı nümayiş etdirir – Baş redaktor
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev yüksək idarəçilik bacarığı nümayiş etdirir – Baş redaktor

Azərbaycanın həm daxili, həm də xarici siyasətində atılan bütün uğurlu addımların arxasında sözsüz ki, Azərbaycan dövlətinin gücü, Azərbaycan xalqının iradəsi və heç şübhəsiz, bunların hər birini ərsəyə gətirən Prezident İlham Əliyevin idarəçilik bacarığı və ölkənin qarşısında duran hədəfləri düzgün təyin etmək qabiliyyəti dayanır.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib.

O qeyd edib ki, istər beynəlxalq tədbirlərin təşkili, istərsə də ölkədə sosial-iqtisadi islahatların həyata keçirilməsi, bütün bunların hamısı cəmiyyətimizin və dövlətimizin gücünün və potensialının tam şəkildə səfərbər edilməsi və onun konkret hədəfə, məqsədə yönəldilməsi üzərində qurulub:

“Çünki işlər bu cür getməsə nə islahatlar uğurlu nəticələr verə, nə də həyata keçirilən beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil oluna bilər. Ölkənin bütün potensialının, gücünün – istər sosial, istər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə bütün gücünün toparlanaraq vahid istiqamətə yönəldilməsi ilk növbədə Azərbaycan Prezidentindən idarəçilik bacarığı, yüksək təşkilatçılıq qabiliyyəti tələb edir. Bunu da Azərbaycan Prezidenti bir daha nümayiş etdirdi.

Ümumiyyətlə, ölkənin bu gün əldə etdiyi bütün uğurlu nəticələrdə mütləq və mütləq cənab İlham Əliyevin idarəçilik bacarığını, təşkilatçılıq faktorunu nəzərə almaq lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm