Paşinyan danışıqlara hazır olmadığı üçün təxribati üsullara əl atır - Politoloq
Bizi izləyin

Nida Təhlil

Paşinyan danışıqlara hazır olmadığı üçün təxribati üsullara əl atır - Politoloq

30 may tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törətmişdi. Müdafiə Nazirliyinin məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olmuşdu.

Ermənistanın bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil və onun sülh, atəşkəsə riayət olinması və digər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Azərbaycan daha əvvəl də Ermənistanın bu cür addımlarının şahidi olub. İndi Baş nazir Nikol Paşinyan öz sələflərinin səhvlərini təkrarlamağa davam edir. Əgər proses bu axarda gedəcəksə, bu, onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq.

Politoloq, sabiq diplomat Fikrət Sadıqov Publika.az-a açıqlamasında xatırladır ki, Nikol Paşinyan ötən il küçə mitinqlərində hakimiyyətə gələn kimi Ermənistanın xarici siyasətinin istiqamətini dəyişdirəcəyini bəyan edirdi: “Bildirirdi ki, o, Serj Sarkisyanın çürük siyasətinin davamçısı olmayacaq. Lakin bu gün biz tamamilə başqa bir mənzərənin şahidiyik. Bəziləri deyir ki, Ermənistanda hərbçilərlə Paşinyan tərəfdarları və Qarabağ klanı arasında qarşıdurma gedir. Amma bizi bu qarşıdurmanın baş tutması maraqlandırmamalıdır. Əgər doğrudan da, qarşıdurma gedirsə və Paşinyan ölkəyə nəzarət etmirsə, bu ona qarşı daha ciddi və qabarıq şəkildə addımların atılmasına gətirib çıxaracaq”.

Politoloqun fikrincə, Paşinyan sadəcə olaraq danışıqlara hazır olmadığı üçün təxribati üsullara əl atır: “Danışıqlar zamanı müəyyən nəticə əldə olunmalıdır və o başa düşür ki, artıq Azərbaycanın səbri tükənib. Onun qarşısında cavab vermək lazımdır. İşğal olunmuş torpaqları azad etmək lazımdır. Belə bir təxribatların törədilməsi, eyni zamanda, aparıcı dövlətlərə qarşı da zərbədir. Xüsusilə, həmsədr dövlətlərə. Əgər onların nümayəndələri regionda ikən cəbhədə təxribatlar edilirsə, deməli, Paşinyan öz hakimiyyətinin dominantlığını sərgiləyir. Həmsədrlər təxribat zamanı ciddi mövqe ortaya qoymalı idilər. Ermənistana qarşı sərt bəyanatlarla çıxış etməli idilər. Əlbəttə, ki, bu siyasət gec-tez ona qarşı Ermənsitanın daxilində nifrət oyadacaq. Artıq ona qarşı belə sərt münasibətlər müşahidə olunur. Doğrudur, bu münasibət kütləvi xarakter daşımır. Amma belə getsə, müəyyən müddətdən sonra Ermənistan miqyasında Paşinyana qarşı münasibət sərtləşəcək. Nə qədər yalan vədlərə dözmək olar?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm