Heydər Əliyevin üzərində bir Azərbaycançılıq missiyası var idi - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Heydər Əliyevin üzərində bir Azərbaycançılıq missiyası var idi - DEPUTAT

“15 iyun xalqımızın nicat günüdür. Biz bunu bayram kimi qeyd edirik”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, həmçinin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

Deputat bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan üçün mühüm tarixdir: “1993-cü il 15 iyun xalqımızın qurtuluşunun təməl qoyulub. Həmin ilin 4 iyununda baş verən hadisələr ölkəni dünya xəritəsindən silə bilərdi. Burada güclü ölkələrinin, AXC-Müsavat birliyinin, o cümlədən, separatçıların rolu vardı. Həmin müddətdə hakimiyyətdə olanlardan bəzilərinin diletant, xəyanətkar mövqe tutması, şəxsi ambisiyalarını irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Sanki, tarix təkrar olunurdu. XX əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti ətrafında baş verənləri xatırlayırsınız. İlk dövlət qurulmuşdu, bayraq qaldırılmışdı, bir sıra işlər həyata keçirilmişdi. Cümhuriyyət 23 ay ərzində dövlət quruculuğu istiqamətində bir sıra uğurlu addımlar atmışdı. Amma dövlət çox yaşamadı. 1991-ci ildə də yenidən müstəqil olan Azərbaycan yox olmaq təhlükəsi ilə üzləşmişdi”.

Deputat qeyd edir ki, belə çətin tarixi şəraitdə ulu öndər Heydər Əliyev Bakıya gəldi: “Bu, xalqın təkidli tələbi idi. Onun Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Ulu öndər Bakıya dönərkən ki, vəziyyət düşündüyüm də təhlükəli imiş, nə gücüm, qüvvəm varsa, xalq üçün çalışacağam” dedi. Bilirsiniz ki, ulu öndər Heydər Əliyevin üzərində bir Azərbaycançılıq missiyası var idi. Azərbaycançılıq onun döyünən ürəyi idi”.

Deputat xatırladıb ki, Heydər Əliyevin həmin dövrdə kənd təsərrüfatı, infrastruktur, neft sənayesi sahəsində gördüyü işlərdən müstəqil dövründə də istifadə olundu: “Tarixə nəzər salsaq görərik ki, nə qədər çətin yol keçmişik. İndi hiss edirik ki, ulu öndər necə böyük işlər görüb. O, 70 yaşında, yaşının ixtiyar çağında Bakıya döndü. İnsanın nə qədər gücü, qüvvəsi olmalıdır ki, belə ağır yükün altına girə və bacara. Bu gücü ona Azərbaycan sevgisi verirdi. Heydər Əliyev 15 iyun 1993-cü ildən vəfat edənə qədər bir dəqiqə, saat, gün belə, yorulmadan çalışıb. O istirahət etmədi. Çünki vaxt çox az idi. Azərbaycanda bütün sahələr inkişaf etdirildi, sabitlik bərqərar edildi, ordumuz gücləndi”.

İ.Məmmədovun sözlərinə görə, Heydər Əliyevin siyasətinə Prezident İlham Əliyev uğurla, fenomenal şəkildə sahib çıxdı: “İlham Əliyev elə müasir Heydər Əliyevdir. O, dünya xəritəsində zərrə qədər görünən Azərbaycanı məhz ulu öndər Heydər Əliyevin ideyaları və konsepsiyaları əsasında dünyanın özü qədər böyütdü. Bu gün Azərbaycan dünyada söz sahibidir, regionun ən nüfuzlu və qüdrətli dövlətidir. 20 faiz torpaqlar işğal altındadır, əminəm ki, Azərbaycan ordusu 1 ay müddətində torpaqlarımızı azad etməyə qadirdir. Çox təssüüf ki, dünyada baş verən siyasi kataklizmlər buna mane olur. Daxildə və xaricdə Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Azərbaycan inkişaf yolunu davam etdirir, təbii ki, bu yol Heydər Əliyev yoludur. Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bundan sonra da inkişaf etdirəcək, işıqlı gələcəyə aparacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm