Heydər Əliyevin Azərbaycana gəlişi tariximizdə tamamilə yeni səhifə açdı - Deputat
Bizi izləyin

Nida Təhlil

Heydər Əliyevin Azərbaycana gəlişi tariximizdə tamamilə yeni səhifə açdı - Deputat

“Mən əminliklə deyə bilərəm ki, Heydər Əliyevin Azərbaycana gəlişi, parlament sədri seçilməsi tariximizdə tamamilə yeni səhifə açdı”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

15 iyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşən deputat bildirib ki, Heydər Əliyev Bakıya qayıtmaqla, ilk növbədə, vətəndaş müahribəsinin qarşısını alıb:

“Heydər Əliyevin yenidən böyük siyasətə qayıtması Azərbaycan xalqının xilası oldu. Həmin dövrdə Ulu öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan öz müstəqilliyin itirəcəkdi. Həmçinin Azərbaycanın təbii sərvətləri neft şirkətlərinin gəlir mənbəyinə çevrilərək, neftlə zəngin olan, lakin dilənçi günündə yaşayan xalqların vəziyyətinə düşəcəkdik. Həmin illər xalqımız üçün çox ağır və çətin günlər idi. Çünki hakimiyyətdə idarəçilikdən bixəbər şəxslər var idi. Onlar yalnız öz mənafeyini güddüyü üçün insanların sosial rifahı gündən-günə ağırlaşırdı. Çörək tapmaq üçün insanlar saatlarla növbəyə dururdu. Silahlı dəstələrin insanları qorxutması adi bir hala çevrilmişdi. Üstəlik, Dağlıq Qarabağda vəziyyət gündən-günə pisləşirdi. Ermənistan silahlı qüvvələri Azərbaycan hakimiyyətinin idarəçilik qabiliyyətinin zəif olmasından istifadə edib rayonlarımızı bir-bir işğal edirdi. Bu çətin günlərdə hamının gözü Naxçıvanda idi. Hamı Heydər Əliyevin gəlişini səbirsizliklə gözləyirdi. Ulu öndər belə ağır günlərdə Bakıya gəldi və Azərbaycan xalqının yanında oldu. Ulu öndərin apardığı siyasət Azərbaycanın bir dövlət kimi möhkəmlənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına və dostlarının çoxalmasına gətirib çıxardı”.

Millət vəkili qeyd edib ki, Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etməsi, təhlükəsizlik orqanlarında işləməsi, geniş təcrübəyə malik olması bu problemlərin həllində böyük rol oynayıb: “İlk növbədə, vətəndaş qarşıdurmasının qarşısı alındı. Azərbaycanda hakimiyyət möhkəmləndirildi. Qeyri-qanuni hərbi dəstələr ləğv edildi. Ulu öndərin apardığı siyasət Azərbaycanın bir dövlət kimi formalaşmasına, beynəlxalq aləmdə nüfuzunun artmasına, dostlarının çoxalmasına gətirib çıxardı. Ölkədə bütün sahələrdə islahatlar keçirildi. 1994-cü ildə neft kontraktının bağlanması Azərbaycanın öz təbii sərvətlərinə sahib olmasına imkan verdi. Bütün bunlar ölkənin yenilənməsini, vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasını təmin etdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm