Fransadan Ermənistana BÖYÜK ZƏRBƏ - Politoloq AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Fransadan Ermənistana BÖYÜK ZƏRBƏ - Politoloq AÇIQLADI

Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərar qəbul olunub. Bu barədə Fransadakı erməni diasporunun media orqanlarından olan "Nouvelles d'Armenie" saytı məlumat yayıb. Məlumatda Qrenobl məhkəməsinin 4 “dostluq xartiyası”nı ləğv etdiyi bildirilir. Vurğulanır ki, prefektin müraciəti əsasında Qrenobl inzibati məhkəməsi iyunun 11-də Drom departamentinin özü, həmçinin bu departamentdə yerləşən Valans, Bur-le-Valans və Bur-dö-Peaj kommunaları ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış dörd xartiyanı ləğv edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu xartiyaların ləğv olunmasının səbəbləri kimi onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir. Həmin qərarla Fransanın Arnuvil şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası” ləğv edilib.

Politoloq Natiq Miri Publika.az-a açıqlamasında bildirir ki, bu addım hüquqi müstəvidə atıldığı üçün beynəlxalq hüquqa uyğun olan davranışdır: “Çünki bu qərara qədər əldə olunan bütün razılaşmalar beynəlxalq hüquqa ziddir. Ona görə ki, xartiyanın bir tərəfi olan Xankəndi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisidir və coğrafi baxımdan tərkib hissəsidir. Demək olar ki, bütün beynəlxalq qurumlar bu işğalı etiraf edir. Belə vəziyyətdə Azərbaycan dövləti ilə hər hansı razılıq olmadan işğal olunmuş ərazilərlə Fransa dövləti səviyyəsində belə razılaşamların mövcud olması, təbii ki, hüquqa zidd idi. Əslində bu, buraxılan səhvin düzəldilməsidir. Lakin bundan uzağa gedən nəticələr çıxarmaq da doğru deyil. Ona görə ki, Fransa hələ də siyasətini Ermənistandan yana davam etdirir. Qondarma erməni soyqırımı ilə bağlı ard-arda erməni lobbisinin maraqlarına uyğun olaraq qərar qəbul edilib. Xartiyaların ləğv olunması qərarı Azərbaycanın maraqlarına uyğun olsa da, strateji baxımdan Fransanın Ermənistana münasibəti dəyişməyib”.

Politoloqun fikrincə, bu qərar Fransanın Dağlıq Qarabağla bağlı mövqeyinə heç bir dəyişiklik gətirmir:

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi böyük söz sahibi olsa da, Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesində aparıcı element kimi iştirak etmir: təşəbbüskar dövlət kimi problemin həlli ilə bağlı konkret təkliflər paketi təqdim etməyib. Fransanın Cənubi Qafqazın ən strateji ölkəsi olan Azərbaycanda maraqları var. Çünki Azərbaycan bölgədə önəmliölkədir. Əlavə olaraq, Azərbaycan təkcə Cənubi Qafqazın üçün önəmli deyil, həm də Orta Asiya ölkələlərinə körpü rolunu oynayır. Fransanın bu kontekstdə geosiyasi maraqlarını anlamaq mümkündür. Fransa belə məsələlərdə Azərbaycan kimi əhəmiyyətli dövlətin xətrinə dəymir. Əksinə, onun könlünü almağa çalışır. Lakin Dağlıq Qarabağ kimi Azərbaycan üçün həyati əhəmiyyət daşıyan proseslərdə Fransanın mövqeyində fundamentel dəyişikliyi müşahidə etmirik. Dünənə kimi Fransa erməni lobbisinin maraqlarını necə müdafiə edirdisə, bu gün də eyni strategiya davam edir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm