Ermənistan Qarabağdakı addımları ilə bizə göstərir ki... - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

Ermənistan Qarabağdakı addımları ilə bizə göstərir ki... - POLİTOLOQ

"Vaşinqton görüşü növbəti başaldatmadan başqa bir şey deyil”.

Publika.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloqun fikrincə, düşmənin siyasətində dəyişən heç bir şey yoxdur:

"Ermənistanda hakimiyyətdə kimin olmasının fərqi yoxdur. Qarşı tərəf sülh danışıqları ilə torpaqlarımızı boşaltmayacaq. Düşmən görür ki, Azərbaycan Ordusu ya təkbaşına, ya da strateji müttəfiqi Türkiyə ilə tez-tez birgə hərbi təlimlər keçirir və bu təlimləri özü üçün təhlükə kimi dəyənləndirir.

Belə olan halda düşmənin işğal altındakı torpaqlarda hərbi təlimlər keçirməsinə təəccüblənmirəm. Onlar hərbi təlimləri vasitəsilə zəif olmadığını bizə göstərməyə çalışır. Bizim vəzifəmiz isə düşmənin işğal altındakı təlimlərinə baxmayaraq, hərbi təzyiqi daha da artırmaqdır”.

Qeyd edək ki, Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri 20 iyun tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda görüşəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm