Əməkhaqqlarının iki dəfə artırılması dövlətin sabitliyindən və inkişafından xəbər verir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Əməkhaqqlarının iki dəfə artırılması dövlətin sabitliyindən və inkişafından xəbər verir - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sərəncamlar imzalanıb. Bu sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarak ter daşıdığını, dövlətin vətəndaş üçün olduğunu bir daha əyani şəkildə göstərir.

Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədi ilə ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq.

Sərəncamların ölkə miqyasında təsirindən və nəticələrindən Publika.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, sərəncamların ən birinci əhəmiyyəti, ilk növbədə, 950 minə yaxın Azərbaycan vətəndaşının əməkhaqqının artmasıdır: “Bu da onların yaşayışına öz müsbət təsirini göstərir. Digər tərəfdən ölkə iqtisadiyyatında dinamika yüksəlir. Çünki bazara, iqtisadi sferaya bir milyarddan çox vəsait daxil olacaq. Bu da bank sektorunda, xidmət sektorunda və bu kimi digər sahələrdə inkişafa gətirib çıxaracaq. Vətəndaşların alıcılıq qabiliyyəti artacaq. İstehsal, tələbat da paralel olaraq artacaq. Orta sahibkarlıq inkişaf edəcək. İqtisadiyyatımızın əldə edəcəyi bir milyardlıq vəsait onun üçün böyük mənbədir. Bir neçə ay öncə də prezident əməkhaqqlarının artırılması ilə bağlı sərəncam imzalamışdı. Bir neçə ay ərzində əməkhaqqlarının iki dəfə artması dövlətin və dövlət büdcəsinin sabitliyindən və inkişafından xəbər verir. Vergi, gömrük sahəsində aparılan islahatlar da buna öz müsbət təsirini göstərir. Dövlət büdcəsinin gəlirləri artır və bunun sayəsində vətəndaşların əməkhaqqı yüksəlir. Bütün bu sərəncamların xərcləri dövlət büdcəsi hesabına həyata keçirilir. Deməli, dövlət büdcəsinin gəlir mənbələri proqnozlaşdırılan istiqamət üzrə inkişaf edir. Dövlət büdcəsi sahibkarlıq, istehsal, vergi və bu kimi sahələrin dinamik inkişafı hesabına özünü qoruyur. Bunun hesabına da bu cür sosial tədbirlər həyata keçirilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm