“Slikonlu şou”: əslində nə baş verir?
Bizi izləyin

Nida Təhlil

“Slikonlu şou”: əslində nə baş verir?

AXCP sədri Əli Kərimli bu gün saxlanıldı, daha sonra sərbəst buraxıldı.

Kərimlinin “virtual dəstəsi” “Əli Kərimli həbs edildi”, “Müxalifətin lideri naməlum istiqamətə aparıldı” başlıqları ilə məsələni şişirtməyə, siyasi şou yaratmağa çalışdılar. Baş tutmadı, lakin məqsəd süni ajiotajın yaradılması idi və bu da səbəbsiz deyil.

Müsavat Partiyasının qərargahında aksiyada qanun pozuntusuna yol verdikləri üçün cərimələnən şəxslərə dəstək məqsədilə “ianə marafonu” təşkil olunub. Bu marafon ətrafında günlərdir kampaniya aparılır, “hər kəs imkanı qədər yardım etsin” çağırışları edilirdi. Nəhayət, “böyük gün” gəldi və Müsavatın qərargahında “marafon” başlandı. Bu marafonun nə qədər şəffaf olması şübhəlidir, xüsusilə müxalifət partiyalarının “siyasi məhbus” biznesi fonunda...

Fakt: Avropada “mühacir” adı ilə yaşayan Nahid Cəfərov bu ilin martında sosial şəbəkədə belə bir məlumat yaymışdı: “Bütün günün stress və əsəbi ilə Tofiq Həsənlinin və şair adından başqası tərəfindən imzalanmış 11 qəbzin bizdə olmasına dair şairə məlumat verdim. Şairin dediklərinə görə, ona 11-dəfə deyil, təqribi (maksimum) 7 dəfə pul veriblər. Şair qeyd edir ki, vəkil əvvəl 2 aydan bir yanıma gəlirdi, daha sonra isə 3 aydan bir yanıma gəlməyə başladı. Hər dəfə də gələndə 200 AZN pul verirdi. Onun adından qəbzlərin kimin tərəfindən imzalandığını hələ ki açıqlamıram. Amma 2 gün ərzində məsələyə tam açıqlıq gətiriləcək deyə düşünürəm”.

Bu fakt üzərindən apardığımız araşdırmada müxalifətin “siyasi məhbus” biznesinin mahiyyətinə dair detallar ortaya çıxmışdı. (Oxu: Saxta qəbzlər, kasta qrupları və…- “Siyasi məhbus” biznesinin gizli MEXANİZMİ).

Belə faktlar kifayət qədərdir və “ianə marafonu” da həmin biznesin növbəti mərhələsindən biridir. Marafonda nə qədər pul toplandığı, o pulların hara xərcləndiyi yaxın zamanda ortaya çıxacaq, əvvəlki “ianə kampaniyalarında” olduğu kimi...

Marafonun təşkilatçısı olan Əli Kərimlinin saxlanılması isə səbəbsiz deyildi. Çünki o, ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürür və kampaniya təşkil etməyə çalışırdı.

Prosesin məntiqi davamı olaraq, AXCP sədrinə ictimai-asayişin pozulmasına cəhdə görə xəbərdarlıq edildi.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəsmi məlumatında deyilir: “İyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb. İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb”.

Bütün məsələ bundan ibarətdir. İctimai asayişin qorunması funksiyasını yerinə yetirən hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirdilər.

Proseslərin inkişafı isə AXCP sədrinin “slikon gedişi” etməyə çalışdığını göstərir.

Günümüzdə slikondan istifadə geniş yayılıb, adətən xanımlar “əvvəlki formada”, yəni “gənc” qalmaq üçün bundan istifadə edir. AXCP sədrinin son şousu da məhz “slikonla şişirdilmiş güc” yaratmaqdır.

Faktiki olaraq cəmiyyət tərəfindən dəstək yoxdur; sonuncu dəfə keçirilən “ən möhtəşəm mitinq” cəmi bir neçə min iştirakçıdan ibarət idi; həmin mitinqdən sonra konkret Əli Kərimli və ətrafından ibarət olan Milli Şuranın heç bir fəaliyyəti gözə dəymir; AXCP sədrinin ən ciddi fəaliyyəti sosial şəbəkədə status paylaşmaqdan başqa bir şey deyil; bütün bunlara paralel olaraq, ölkədə aparılan sosial-iqtisadi islahatlar də onun “siyasi dəfni”ni sürətləndirir;

Bu situasiyada gündəmə gəlmək üçün ictimai asayişi pozmaq, qarşıdurma yaratmaq, hüquq-mühafizə orqanları ilə üz-üzə gəlmək və “müxalifətin lideri həbs edildi” təbliğatını qurmağa cəhd etdilər. Nəticə yenə sıfırdır, çünki insanlar üçün nə Kərimlinin, nə Milli Şuranın, nə də ümumiyyətlə 26 il öncə “dəfn etdikləri” müxalifət maraqlı deyil.

Bu “slikonlu şou”nun nəticəsi olaraq, AXCP sədri yalnız bir neçə günlük “ucuz piar” və Feysbukda status paylaşmağa mövzu tapdı, əslində onun hazırki siyasi çapı da bundan artığına imkan vermir....

Oxumağa davam et
Reklam
Reklam

Gündəm