Ölkəmizin hərbi, iqtisadi, sənaye potensialının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Ölkəmizin hərbi, iqtisadi, sənaye potensialının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır - ŞƏRH

“Heydər Əliyevin 50 il müddətində fəaliyyəti və onun hələ də davam edən siyasəti Azərbaycan xalqı üçün böyük tarixi nailiyyətdir”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Millət vəkili bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən dahi şəxsiyyətlərdən biri, görkəmli dövlət xadimidir: “O, iki bir-birinə zidd ictimai-iqtisadi formasiyada Azərbaycana rəhbərlik edib və hər ikisində böyük uğur qazanıb. Həmçinin xalqına da böyük xidmətlər göstərib. SSRİ dövründə 1969-83-cü illərdə SSR Azərbaycanda, 1982-87-ci illərdə isə SSRİ rəhbərliyində təmsil olunarkən Azərbaycan üçün olduqca böyük işlər görüb. Ölkəmizin hərbi, iqtisadi, sənaye, elmi potensialının inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır”.

Deputat bildirib ki, Heydər Əliyev SSRİ dağılandan sonra Azərbaycanın müstəqilliyini xilas etmiş və dövlətini qurmuş xadim kimi xalqımızın tarixində qalacaq: “Heydər Əliyev 1993-96-cı illərdə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, dövlət çevrilişlərinin qarşısını aldı. 1996-cı ildən sonra isə Azərbaycanda baş verməkdə olan iqtisadiyyatın tənəzzülünü dayandırdı. Məhz bundan sonra iqtisadiyyatın inkişaf dövrü başlandı. Ondan sonra isə Prezident İlahm Əliyevin rəhbərliyi altında Azərbaycan daha da böyüyüb inkişaf etdi və bütün dünyada tanınan nüfuzlu dövlətə çevrildi. Btün bu uğurlar da Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun nailiyyətləridir”.

Qeyd edək ki, 14 iyul 1969-cu ildə Ümumilli lider Heydər Əliyev Azərbaycanın birinci katibi təyin olunub. O, bu vəzifədə 13 dekabr 1982-ci ilə qədər çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm