• USD 1,7000 0,00% EUR 1,8943 +0,67%
    • GBP 2,0853 +0,31% RUB 0,0257 -0,78%

Prezidentimiz mediaya xüsusi diqqət göstərir - ŞƏRH

Prezidentimiz mediaya xüsusi diqqət göstərir - ŞƏRH

"Hər bir millətin milli mətbuatının yaranma günü, əslində o millətin milli bayramıdır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu deyib.

Milli Mətbuatın 144-cü yaş günü ilə əlaqədar fikirlərini bölüşən millət vəkili, ilk növbədə, Azərbaycan media mənsublarının hamısının bayramını təbrik edib: “Azərbaycanın milli mətbuatına dövlət tərəfindən göstərilən qayğı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin mətbuatımızı yüksək qiymətləndirməsi bu bayramı ümumxalq səviyyədə keçirməyimiz üçün şərait yaradır. Media bugünkü qlobal informasiya məkanında milli maraqları təmin edən əsas institutlardan biridir. Nəzərə alsaq ki, hazırda biz qlobal informasiya cəmiyyətində yaşayırıq, Azərbaycanda informasiya məkanının keyfiyyətini formalaşdıran bizim media mənsublarımızdır. Bu zaman onların intellektual səviyyəsi, siyasi dünyagörüşündən, milli mövqeyindən çox şey asılı olur. Çünki nəhayətində milli maraqlar həm də qlobal informasiya məkanında qorunmalı olan, müdafiə edilməli hadisədir.

Bu baxımdan, düşünürəm ki, Azərbaycan mediası üzərinə düşən milli vəzifəni layiqincə, uğurla yerinə yetirməyi bacarır və buna qadirdir. Çünki bu gün Azərbaycan jurnalistlərinin məişət problemləri sıfıra endirilməyə çalışılır. Azərbaycan Prezidenti onları məişət şəraitinin yaxşılaşdırılması üçün evlə təmin edir. Bundan başqa, jurnalist peşəsinin ictimai nüfuzunun yüksəldilməsi ilə bağlı mühüm tədbirlər görülür. Dövlətin jurnalistə münasibəti nəticə etibarilə, cəmiyyətin jurnalistə olan münasibətinə çevrilir. Bu da jurnalistika peşəsini nüfuzlu peşə kimi cəmiyyətdə tanıdır. Düşünürəm ki, hər bir media mənsubu bunun fərqində olmalıdır və bunu qiymətləndirməyi bacarmalıdır”.

H.Babaoğlu qeyd edib ki, Azərbaycan mətbuatının 144 illik fəaliyyəti dövründə tarixin heç bir mərhələsində Azərbaycan mətbuatı indiki qədər dövlət və ictimai qayğı ilə əhatə olunmayıb: “Buna görə də bu mühüm mürəkkəb tarixi mərhələdə informasiya maraqlarımızı qorumaq üçün Azərbaycan mediası həm transmilli, həm də milli media məkanında səfərbər olub. Həm də yeni media kimi səciyyələndirdiyimiz sosial media resurslarında jurnalistlərimiz Azərbaycanın milli maraqlarının qorunması üçün mübarizə aparır. Bayram münasibətilə bir daha bütün Azərbaycan media cameəsini təbrik edirəm”.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR