• USD 1,7000 0,00% EUR 1,8859 +0,07%
    • GBP 2,0660 +0,19% RUB 0,0256 +0,78%

Bu, Prezidentin mediaya qayğısının bariz nümunəsidir - Rəşad Məcid

Bu, Prezidentin mediaya qayğısının bariz nümunəsidir - Rəşad Məcid

"144 il əvvəl mətbuatımızın banisi Həsən bəy Zərdabi böyük fədakarlıqla Azərbaycan dilində ilk qəzeti çap etdirdi. “Əkinçi” qəzetinin əsas missiyalarından biri maarifçilik idi. Qəzet insanlarımızı, sadə kəndlilərdən tutmuş hər kəsi maarifləndirmək və onları xurafatın girdabından xilas etmək məqsədi daşıyırdı. Bu böyük missiya XX əsrin əvvələrində böyük mütəfəkkirlər tərəfindən sonrakı illərdə də davam etdi və müstəqil Azərbaycan Cümhuriyyətinin də yaranmasına səbəb oldu. “Əkinçi”dən başlayan maarifçilik ənənəsi sovet dövründə də davam etdirildi. O dövrdə mətbuatda olan sıxıntılara baxmayaraq, Azərbaycan dilinin qorunması maarifçilik funksiyasını davam etdirdi”.

Publika.az xəbər verir ki, bu sözləri “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Milli Mətbuat Günü ilə bağlı danışarkən deyib.

O bildirib ki, müstəqillik illərində ulu öndər Heydər Əliyev Azərbaycan mətbuatına böyük dəstək verib:

“Ulu öndər Heydər Əliyev mətbuatımızı məhv olmaqdan xilas etdi. Ümummilli lider Heydər Əliyev mətbuata böyük önəm verirdi. Hər zaman mətbuatın dostu və onun yanında idi. 2001-ci ildə Heydər Əliyev mili mətbuatımızın latın qrafikalı əlifbaya keçməsi barədə fərman imzaladı. Onun mətbuata yanaşmasından sonra məmurlar medianın tənqidlərinə qarşı dözümlü olmağa başladılar. Ulu öndər 2002-ci ildə "Mətbuat günü" ərəfəsində on qəzetin baş redaktoru ilə üç saatlıq görüş keçirdi. 2002-ci ildə “Jurnalistlərin dostu” seçilməsinə həm çox təəccüblənmiş, həm də sevinmişdi. Mətbuatdan çəkinmirdi, ictimai fikri istədiyi istiqamətə yönəldə bilirdi. Biz ona tanrıdan rəhmət diləyirik.

Onun ənənələrini hazırda cənab İlham Əliyev davam etdirir. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonunun yaradılması, jurnalistlərin mənzil-məişət şəratinin yaxşılaşdırılması, hər il jurnalistlərə, qəzetlərə yardım ayrılması Prezidentimizin Azərbaycan mətbuatına diqqət və qayğısının bariz nümunəsidir”.

Daha sonra baş redaktor bütün jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib və onlara peşə uğurları arzu edib.

Aytən Məftun

Xəbər lenti

DAHA ÇOX XƏBƏR