ABŞ və NATO-nun Türkiyəyə hücum planının ŞOK DETALLARI ÜZƏ ÇIXDI: Ərdoğanı devirəcəklər və...
Bizi izləyin

Nida Təhlil

ABŞ və NATO-nun Türkiyəyə hücum planının ŞOK DETALLARI ÜZƏ ÇIXDI: Ərdoğanı devirəcəklər və...

“S-400 məsələsində Türkiyəni küncə sıxışdırmaq, Şərqi Aralıqda hərəkətə keçməyimizi əngəlləmək, Fəratın şərqində əməliyyatın qarşısını almaq, 15 iyulun intiqamını almaq üçün içəridə bir cəbhə qurulub”.

Publika.az
xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzetinin yazarı İbrahim Karagül yazıb.

Onun sözlərinə görə, Ərdoğanı devirmək və Ərdoğandan sonrasını dizayn etmək üçün siyasi cəbhə yaradılıb.

“Bütün ərəb dünyasında anti-Türkiyə fırtınasının yaradılması da bu planın bir parçasıdır. İqtisadiyyatımızı yenidən qlobal maliyyə baronlarının əlinə keçməsini təmin etmək istəyirlər. Qurulan cəbhə Türkiyəni yenidən ABŞ\NATO çətiri altında həbs etməyə, bu coğrafiyada dağıdıcı planların həyata keçirilməsinə xidmət edir. Ehtiyat qüvvələr səfərbər edilib, siyasətdən iqtisadiyyata, təhlükəsizlik məsələlərindən ictimai psixologiyaya qədər genişmiqyaslı müdaxilə planının icrasına başlanılıb. Bu ölkədə heç bir məsələ daxili məsələ deyil. Suriya müharibəsində Türkiyə öz istəyini sona qədər həyata keçirməsi daxildəki cəbhəni məğlubiyyətə uğratdı. Lakin indi ABŞ və bölgədəki ortaqları yeni planı işə salırlar. Bunun üçün xüsusilə Ərdoğanın və Türkiyənin milli mövqeyinin aradan qaldırılması lazımdır. Daxildə Ərdoğana qarşı siyasi cinah quranlar bu planda yer alırlar. Bu qüvvələr nə S-400, nə Şərqi Aralıq, nə Suriya, nə də digər məsələlərdən danışır, bütün fəaliyyətləri Ərdoğana qarşı düşmənçilik etməkdir. Hədəf Türkiyənin önünü kəsməkdir, daxildəki cəbhə də Qərbin müdaxilə ssenarilərinin arxasında özlərinə siyasi gələcək müəyyənləşdirməyi düşünürlər”, - deyə o bildirib.

İ.Karagül qeyd edir ki, yaxın zamanda Türkiyəni NATO üzərindən vurmağa başlayacaqlar: “ABŞ və Avropa mediası “Türkiyəni NATO-dan çıxarmaq və cəzalandırmaq lazımdır” deyə yazırlar, sonra da “Yox, gözləyək, Ərdoğandan sonrasına görə hərəkət edərik” deyə qeyd edirlər. Ərdoğanı devirəcəklərinə işarə vururlar. Yaxın zamanda daxildə də eyni sözlər təkrarlanacaq. Türkiyəyə yeni müdaxilə hazırlığı var”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm