ABŞ-dan Ermənistana AĞIR ZƏRBƏ: Bundan sonra Qarabağa...
Bizi izləyin

Nida Təhlil

ABŞ-dan Ermənistana AĞIR ZƏRBƏ: Bundan sonra Qarabağa...

ABŞ Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa maliyyə yardımını azaltmağı planlaşdırır.

Publika.az
xəbər verir ki, bu barədə erməni politoloq Suren Sarkisyan deyib.

Onun sözlərinə görə, bu maliyyə Qarabağda minaların təmizlənməsi üzrə USAİD tərəfindən ayrılırdı: “Maliyyənin azaldılması niyyəti özündə ciddi siyasi mesajı ehtiva edir. Mən ABŞ-da yaşayan dostlarımızı “Ay Data” erməni komitəsinin başladığı kampaniyaya qoşulmağa dəvət edirəm. Çünki bunun çox ciddi siyasi nəticələri olacaq. Həmçinin, hamımız bunun siyasi və hüquqi presedent yaradacağını da görəcəyik”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycana ayrılan maliyyə yardımının artırmaq qərarı da Ermənistanda ciddi narahatlıqla qarşılanıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm