Prezidentimizin atdığı addımların yalnız bir hədəfi var: vətəndaşların rifahının yaxşılaşdırılması
Bizi izləyin

Nida Təhlil

Prezidentimizin atdığı addımların yalnız bir hədəfi var: vətəndaşların rifahının yaxşılaşdırılması

“Cənab Prezident İlham Əliyev son 6 ayın yekunlarını çox müsbət qiymətləndirdi. Söylədi ki, il ərzində qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlinib. Xüsusilə, vurğulandı ki, iqtisadiyyatımızda son 6 ay ərzində 4 faiz artım qeydə alınıb. Eyni zamanda, cənab Prezident vurğuladı ki, qeyri-neft sektorunun inkişafı bizim üçün prioritet məsələdir və bu istiqamətdə artım artıq 3,5 fazi təşkil edir”.

Bu fikirləri Publika.az-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə ilk 6 ayda ölkə iqtisadiyyatında baş verən yeniliklərlə bağlı danışan millət vəkili bildirib ki, son 6 ayda kifayət qədər uğurlu nəticələr əldə olunub: “Prezident bir sahədə əldə oluna nəticəni rekord adlandırdı ki, bu da qeyri-neft sənayesidir. Sevindirici haldır ki, bu sahədə artım 15,7 faiz təşkil edir. Sözün həqiqi mənasında bu, çox yüksək nəticədir. Bu rəqəm həm sənayeləşdirmə, həm də qeyri-neft sənayesinin inkişafı istiqamətində atılan addımlar, görülən işlər, aparılan islahatların təsdiqi deməkdir. Cənab prezident vurğuladı ki, qeyri-neft sektorunun inkişafı istiqamətində kənd təsərrüfatına xüsusi diqqət yetiririk. Çox sevindirici haldır ki, bu sahədə də uğurlu nəticələr əldə edilib. Son 6 ayın nəticələrinə görə, kənd təsərrüfatında artım 13 faiz təşkil edib. Xüsusilə, bitkiçilik sahəsində daha ciddi irəliləyişlər əldə olunub. Son 6 ayın hesabatına görə, bu sahədə 25 faiz artım qeydə alınıb. Bütün bunlar nəyin sayəsində baş verib? Qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar və kənd təsərrüfatına elmi yanaşma bu nəticələri ortaya qoyub. Prezident məhz bu 4 mühüm məsələnin adını çəkdi. Nəticə etibarilə, bu cəhətlər məlum artımı təmin edib”.

Millət vəkili İlham Əliyevin müşavirədə vurğuladığı il ərzində ciddi sosial islahatlar paketinin həyata keçirilməsi məsələsini də xatırladıb: “Bu istiqamətdə artıq 2 paket reallaşdırılıb. Bu paketlərin reallaşdırılması 4 milyondan çox insanı əhatə edib. Hər iki paketdə əməkhaqqılarının 40 faizlik artımı nəzərdə tutulub. Təqaüdlərdə artım olub. İlk paket təkcə 3 milyon insanı əhatə edib, dəyəri isə 1,6 milyard manat olub. İkinci paket 1,2 milyon insanı əhatə edib, dəyəri isə 700 min manat olub. 2020-ci ildə bu vəsait bütövlükdə 3 milyard manata çatdırılacaq. Bu ilin ilk 6 ayında problemli kreditlərin həllinə nail olunub. Həssas kateqoriyada olan insanların problemləri həll edilib. Prezidentin qeyd etdiyi kimi, bütün bu işlərin həyata keçirilməsinin hədəfi vətəndaşların sosial rifahının yaxşılaşdırılmasıdır”.

E.Nəsirli qeyd edib ki, atılan bu addımlar sayəsində ölkəmizin valyuta ehtiyatları 49 milyard manata çatıb: “Bu da strateji əhəmiyyət kəsb edən nüansdır. Son 6 ay ərzində Azərbaycan iqtisadiyyatına 6 milyard manat investisiya qoyulub ki, bunun da böyük əksəriyyəti qeyri-neft sektoruna istiqamətləndirilib. İnfilyasiya 2,5 faiz civarında qalıb, əhalinin gəlirləri 6 ay ərzində 6,6 faiz təşkil edib. Vergilərdən və gömrükdən büdcəyə daxil olan vəsait hesabına 440 milyon manatdan artıq gəlir dövlət büdcəsinə daxil olub. Bunlar da əhalinin sosial rifahının təminatı üçün xərclənib. Ölkəmizin ticarət dövriyyəsi 20 faiz artıb. Bizim iqtisadiyyatımızda əsas hədəflərimizdən biri ixrac yönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Ürəkaçan haldır ki, son 6 ay ərzində qeyri-neft sektorunda ixracatda 15 faizdən çox artım əldə edilib. Bu da onun təsdiqidir ki, aparılan islahatlar öz bəhrəsini verməkdədir. Hədəf isə vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Geridə qalan 6 ay ərzində bu istiqamətdə çox ciddi işlər görülüb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm