Millət vəkili hər kəsə təşəkkür etdi: "Girişimiz bu qapıdandır"
Bizi izləyin

Nida Təhlil

Millət vəkili hər kəsə təşəkkür etdi: "Girişimiz bu qapıdandır"

“İrəli dünyaya girişimiz bu qapıdandır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, həmçinin, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ("IOI 2019") Bakıda təşkil edilməsi ilə bağlı danışarkən qeyd edib.

Millət vəkili bildirib ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadasının Bakıda keçirilməsi bəlkə də son illərdə Azərbaycan üçün qürurla anılacaq bir hadisədir:Düşünürəm ki, bu yarışda Azərbaycan təmsilçilərinə uğur göstərib-göstərməməsinə rağmən sanballı pul mükafatı verilməlidir. Elə bu yarışa qatılmanın özü böyük hünərdir, cəsarətdir. Qalib gələnə isə ən azı İdman Olimpiya Oyunlarında qalib gələnlərə verilən məbləğdə mükafat verilməlidir. Bu işi stimullaşdırmalıyıq”.

Fazil Mustafa bu cür yarışlara ev sahibliyi etməyin zərurətini anlayan hər kəsə minnətdarlığını bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm