"Vətənimiz həm iqtisadi, həm siyasi mənada sabitlik adasıdır" - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

"Vətənimiz həm iqtisadi, həm siyasi mənada sabitlik adasıdır" - Millət vəkili

“2019-cu ilin ilk 6 ayı ərzində Azərbaycan iqtisadiyyatındakı inkişaf və şaxələnmə, sosial paketlərin təsdiqi və icrası, dövlət büdcəsinin icrasından tutmuş, bütün makroiqtisadi göstəricilər, iqtisadiyyatın artım tempi, şaxələndirilməsi, inflyasiyanın nəzərdə tutulmuş həddə saxlanılması, milli valyutanın qorunması, ölkəyə yatırılan investisiya, dövlət borcunun azaldılması, sahibkarlığın inkişafı ilə baglı görülən tədbirlər, əhalinin dayanıqlı olaraq içməli suya, elektrik enerjisinə, qaza olan tələbatının ödənilməsi istiqamətində görülən işlər prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə də xalqa açıq şəkildə göstərildi”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili bildirib ki, ilk 6 ay ərzində görülən işlər kütləvi informasiya vasitələri, televiziya və mətbuat tərəfindən işıqlandırıldı: “Xalqımız mövcud vəziyyətlə bağlı tam məlumatlandırıldı. Ancaq özünü müxalifət adlandıran bəzi qüvvələr ənənələrinə sadiq qalaraq məsələnin mahiyyətinə deyil, formatına, yəni müşavirənin həmişə olduğu kimi geniş tərkibdə keçirilməməsinə iradlarını bildirirlər. Cənablar, istənilən müşavirənin hansı formatda keçirilməsi həmin təşkilatın rəhbərinin müstəsna səlahiyyətidir. Əsas format deyil, məzmundur. Hazırda dünyada və regionda olduqca mürəkkəb proseslər gedir. Cənab Prezident mövcud reallıqları və müasir çağırışları düzgün qiymətləndirərək Azərbaycanı inamla inkişaf etdirir və keçdiyimiz bu yol bir daha göstərdi ki, vətənimiz həm iqtisadi, həm siyasi mənada sabitlik adasıdır.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm