Ermənilərlə döyüşdən qaçdı, Brüsseldə Azərbaycanı Ermənistana satdı – Tarixi FAKTLAR
Bizi izləyin

Nida Təhlil

Ermənilərlə döyüşdən qaçdı, Brüsseldə Azərbaycanı Ermənistana satdı – Tarixi FAKTLAR

Son günlər keçmiş qəhrəmanlıqları haqqında miflər uyduran AXCP sədri Əli Kərimlinin keçmişi yenidən gündəmə gəldi. Xüsusilə onun Dağlıq Qarabağ müharibəsində könüllü iştirakı ilə bağlı dedikləri vaxtilə bir komandada olduqları, onu yaxşı tanıyanlar tərəfindən təkzib olundu və Kərimlinin yalanları ortaya çıxdı.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bir müddət öncə mediaya açıqlamasında Əli Kərimlinin Qarabağa könüllü yollanması haqda dediklərinə belə münasibət bildirmişdi: “O, nəinki döyüşməyib, heç əlindəki silahla boş butulkaya da atəş açmayıb. Həmin vaxt biz BDU-da qərara aldıq ki, tələbələr Laçına özünü müdafiə dəstələrinə köməyə getsin. Həmin vaxt ciddi döyüşlər getmirdi, sadəcə kəndin kənarında müşahidə postlarında dayanmalı idik. Universitet rəhbərliyinin də təşkilatçılığı ilə iki qrup yaradılması barədə qərar qəbul olundu. Çox dərs buraxılmaması üçün qruplar növbə ilə bir-birini əvəz etməli idi. Birinci qrup gedəndən bir müddət sonra Əli Kərimli komsomol təşkilat katibi kimi rektor tərəfindən onlara baş çəkmək üçün göndərildi və o da gedib həmin şəkli çəkdirib qayıtdı. O, həmişə deyəndə ki, mən vuruşmağa getmişdim, mən dəhşətə gəlirəm.100-dən artıq adamın bildiyi bir hadisə haqqında utanmadan necə ağ yalan danışmaq olar?!”.

BAXCP sədri Kərimlinin yalanından dəhşətə gəlir, hərçənd, bu artıq ənənə halını alıb. AXCP sədri Azərbaycan torpaqlarının müdafiəsinə yollandığı haqda danışanda da, “xalqım-xalqım” deyib insanlara vədlər verəndə də yalan danışırdı. Onun yeganə məqsədi hakimiyyətə gəlməkdir və daim o tezisi həyat prinsipinə çevirib ki, məqsədə gedən bütün yollar mübahdır.

Onun tanıyanlar, vaxtilə eyni komandada təmsil olunanlar da AXCP sədrini qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu komandanı belə öz siyasi iddiaları naminə istismar edən birisi kimi xarakterizə edirlər.

Vaxtilə komsomol katibi kimi Laçına özünümüdafiə dəstəsinə kömək edən tələbələrə baş çəkməyə göndərilən Kərimli bu gün “Qarabağda könüllü döyüşmüşəm” yalanını ictimai rəyə sırımağa çalışır, lakin tarix heç nəyi unutmur.

Bakı Dövlət Universitetində Qarabağla bağlı keçirilməsi nəzərdə tutulan mitinqə qarşı etiraz etdiyin günləri xatırla… Xatırladın, Mirabbasın tapşırıqlarını icra etdiyin vaxtları deyirəm. Milli Azadlıq Hərəkatının fəal iştirakçıları çox yaxşı bilir ki, sən heç vaxt qaynar nöqtələrdə, ön sıralarda olmamısan. Həmişə gizlənmisən, qaçmısan… Ya da gizlədiblər, səni hərəkata dürtənlər xəbərdarlıq edərək “qaç” deyiblər. 1989-cu ilin dekabrında, sovet əsgərləri ilk dəfə insanlara divan tutanda harada idin? Bəs dekabrın 5-də həbs olunan tələbə yoldaşlarının azadlığa çıxması üçün mübarizə aparan insanlara niyə qoşulmadın? Tülkü kimi kola çəkildin. Təhlükə sovuşandan sonra yenidən çıxdın, yaxud çıxarıldın ortalığa. Yanvarın 19-da axşam saatlarında, təxminən saat 19:00-da dabanına tüpürüb qaçdığını necə, unutmamısan? Sonra Müdafiə Komitəsinin üzvü olduğun barədə vəsiqən “qırmızı ordunun” “Krasnaya Zvezda” qəzetində dərc olundu… Biz bir qrup tələbə bu hadisədən xeyli öncə Müdafiə Komitəsində olan bütün sənədləri məhv etmişdik ki, ələ keçməsin. Amma nədənsə yalnız sənin vəsiqən ələ keçdi”, - BAXCP sədrinin müavini, milli hərəkatın fəal üzvlərindən olan Elçin Mirzəbəylinin bu sözləri AXCP sədrinin keçmişini gün üzünə çıxarır.

Və vaxtilə hərbi xidmət keçməyən AXCP sədrinin övladını da Azərbaycan Ordusunda hərbi xidmətə göndərməməsi heç də təəccüblü deyil. Ot öz kökü üstündə bitər.

1990-cı illərin əvvəllərində Azərbaycanın ciddi problemərlə üzləşməsinin səbəbi də məhz Əli Kərimlinin təmsil olunduğu hakimiyyətin ardıcıl səhvlərinin, naşılığının nəticəsi idi. Ölkə daxilində anarxiya və xaos, vətəndaş qarşıdurması, özbaşına silahlı dəstələrin hökmranlığı, iqtisadiyyatın talan olunması, Ermənistanın təcavüzünə və torpaqlarımızın işğalına baxmayaraq, Azərbaycana qarşı snaksiyaların tətbiq edilməsi də siyasətdən uzaq və mağara təfəkkürlü şəxslərin idarəçiliyinin acı nəticələri idi. Əli Kərimli dövlət katibi postu tutduğundan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid konsepsiyanın hazırlanması da daxil olmaqla xarici siyasət sahəsi ona həvalə olunmuşdu. Lakin başı daha mühüm işlərə - məsələn, “Moskva” və “Naxçıvan” mehmanxanalarının satışının tənzimlənməsinə qarışan dövlət katibi öz fəaliyyəti ilə sübut etdi ki, onun şəxsi maraqları ən ümdə ümummilli problemizdən də üstündür.

Dövlət katibi olduğu dövrdə şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan bu adam müxalifətçilik adı altında apardığı sonrakı fəaliyyətində də öz mərəzindən əl çəkmədi. Misal üçün, 1999-cu ildə Qarabağla bağlı birləşmiş müxalifətin keçirəcəyi mitinq məhz Əli Kərimlinin ABŞ səfirliyindən böyük miqdarda pul almasından sonra ləğv edilmişdi.

Əli Kərimli Brüsselə son səfərində isə öz mahiyyətini çılpaqlığı ilə ortaya qoyub.

Qüdrət Həsənquliyev danışır ki, Kərimli Brüsselə son səfəri zamanı görüşlərindən birində rəsmən bəyan etmişdi ki, Azərbaycanda indiki iqtidarın hakimiyyətinin davam etməsi sülhə təhlükədir: “Yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Elə bu çıxışından sonra hökumət ona xarici səfərlər üçün yeni pasport vermədi. Onun çıxışı “Azadlıq” qəzetində dərc olunmuşdu və hətta o da xüsusi vurğulanmışdı ki, o, ingiliscə çıxış edib. O zaman mən efirdən onun qəzetdəki çıxışını göstərərək demişdim ki, bu adam hakimiyyət naminə, ermənipərəst xarici dairələrin dəstəyini almaq üçün xəyanət yolu tutaraq münaqişənin mahiyyətini təhrif edir. Qarabağ münaqişəsi ermənilərin Azərbaycanda hüquqlarının pozulmasına görə başlamayıb, bu münaqişə Ermənistanın Qarabağı özünə birləşdirmək istəyinə görə başlayıb. Onu da vurğulamışdım ki, ən qanlı döyüşlər iki demokrat prezident - Elçibəy və Levonun dövründə baş verib. O zaman onlar niyə problemi danışıqlar yolu ilə həll etməyiblər?! Əli Kərimli nə vaxt özünə nələr sərf edirsə, onu da danışır. Qərb Ermənistanı Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. 1992-ci ilin dekabrında ABŞ işğalçı Ermənistana yox, təcavüzə məruz qalan Azərbaycana sanksiyanı da məhz Əli Kərimli hakimiyyətdə olanda tətbiq edib. Ona görə də onun cəfəng çıxışlarına qulaq asmaq lazım deyil”.

Əli Kərimli bu fikirləri ilə təsdiq edir ki, o, hakimiyyət sevdası naminə hətta ən qatı erməni milliyyətçilərinin demədiyini də deyə və istənilən qüvvə ilə əməkdaşlığa gedə bilər.

Onun fikirləri də bunu təsdiqləyir. Misal üçün, Kərimli Ermənistanda “məxməri inqilab” başlayan zaman israrla Azərbaycan hakimiyyətini Qarabağda müharibəyə başlamamağa çağırırdı. Amma Keşikçi Dağ məsələsində bizim hərbçiləri cəsarətsizlikdə ittiham etdi. Bu məntiqsizlik göstərir ki, Əli Kərimli fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici sifariş və şəxsi mənafe.

Əli Kərimlinin bütün siyasi bioqrafiyası Azərbaycan dövləti və xalqı ilə düşmənçilik üzərində qurulub. O, şəxsi maraqlarını reallaşdırmaq üçün təmsil olunduğu hakimiyyətin laxladılmasından, ictimaiyyət arasında Elçibəyin gözdən salınmasından, onun ətrafının partiyadan uzaqlaşdırılmasından, gənclərin zombiləşdirilməsindən və digər bu kimi addımlardan çəkinməyib. Yalvarışla beynəlxalq birlikdən Azərbaycana qarşı sərt mövqe istəyən, Ermənistanı “demokratik” adlandıran və beləliklə də onun cinayətlərinə bəraət qazandıran, sosial şəbəkələri hakimiyyətə qarşı mübarizə meydanına çevirməyə çalışan, ölkədə baş verən istənilən hadisəni təhrif edərək ictimai rəyi çaşdıran Əli Kərimli heç vaxt Azərbaycan dövlətinin və xalqının yanında olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm