Azərbaycan polisi ilə bağlı qürurlandıran sözlər: "Təhlükəsizliyimizi onlara borcluyuq"
Bizi izləyin

Nida Təhlil

Azərbaycan polisi ilə bağlı qürurlandıran sözlər: "Təhlükəsizliyimizi onlara borcluyuq"

“Bəzi üzdəniraq müxalif qüvvələr tərəfindən polislə bağlı verilən açıqlamalar Azərbaycan polisinin fəaliyyətinə ləkə vurmaq xarakteri daşıyır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər və Gənclər və idman komitəsinin üzvü Azər Badamov deyib.

Son zamanlar radikal müxalifətin, ayrı-ayrı şəxslərin Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatları ilə bağlı danışan millət vəkili bildirib ki, bu iddiaların heç bir əsası yoxdur: Azərbaycan polisi Azərbaycan dövlətinin keşiyində dayanıb. Ölkədə ictimai asayişin, əmin-amanlığın qorunmasında əsas yerdə məhz polis qüvvəsi durur. Azərbaycan polisi Azərbaycan xalqına xidmət edir və bu gün xalqımız tərəfindən də polisin fəaliyyətinə yüksək dəyər verilir. Bəzi üzdəniraq müxalif qüvvələr tərəfindən polislə bağlı verilən açıqlamalar Azərbaycan polisinin fəaliyyətinə ləkə vurmaq xarakteri daşıyır. Bu iddiaların heç bir əsası yoxdur. Polisimiz öz vəzifə borcunu yüksək səviyyədə icra edir. Bu gün Azərbaycan dövlətinin ictimai asayişinin təminatında qarant rolunu oynayır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm