Ön cəbhədə şəhid olan polislərimiz var - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

Ön cəbhədə şəhid olan polislərimiz var - Millət vəkili

Son zamanlar radikal müxalifətin, ayrı-ayrı şəxslərin Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayırlar, şərh və təhlillər paylaşırlar.

Məsələyə münasibət bildiriən Milli Məclisin deputatı Hikmət Babaoğlu Publika.az-a bildirib ki, tarix boyu Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında fədakarlıq nümayiş etdirib:

"Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən daxili işlər orqanlarında ixtisaslı kadrların sayının artırılması üçün də böyük addımlar atılıb. Məhz bunun nəticəsidir ki, bu gün hər bir vətəndaşımız sabit bir ölkədə rahat şəkildə yaşayır”.

Millət vəkili bildirib ki, hər bir müstəqil dövlətin əsas atributlarından biri onun güc strukturları, hüquq-mühafizə orqanlarıdır: “Azərbaycan polisi müstəqillik dövründə ön cəbhədə düşmənə qarşı döyüşlərdə və ölkə daxilində sabitliyin, təhlükəsizliyin təmin olunmasında böyük xidmətlər göstərib. Bu, AXC-dən bizə miras qalan böyük bir töhfədir. Bilirsiniz ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müharibəyə cəlb olundu və torpaqlarımızın bir hissəsi işğal edildi. Elə bu dövrdən başlayaraq polislərimiz şücaətlə xidmət etdilər və ön cəbhədə yüzlərlə şəhid veridi".

O qeyd edib ki, bu tarixə işıq tutmaq, vətəndaşın polisə güvənini artırmaq lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm