Qiymət siyasətinə təsir edən faktorlar nəzarətdə saxlanır - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

Qiymət siyasətinə təsir edən faktorlar nəzarətdə saxlanır - Millət vəkili

"Maaşların və gəlirlərin artımına baxmayaraq, Azərbaycanda istehlak mallarına və xidmətlərə, ən əsası isə ərzaq mallarına ciddi qiymət artımı yoxdur. Bu, ilk növbədə dövlətin qeydolunan məsələləri ciddi nəzarətdə saxlaması ilə bağlıdır"

Publika.az xəbər verir ki, bunu Azərbaycanın istehlak bazarında guya qiymət artımının müşahidə olunduğu barədə yayılan iddialara münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, kənd təsərrüfatına və onunla bağlı infrastruktura hərtərəfli dəstək var, idxal-ixrac sistemi təkmilləşdirilir, manatın kursu sabit saxlanır, qiymət siyasətinə təsir edən faktorlar nəzarətdə saxlanır.

Millət vəkili vurğulayıb ki, Prezidentin tapşırığı ilə sentyabrdan maaşların, oktyabrdan isə minimal pensiyaların artması insanların rifahını daha da artıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm