Bu, ədəbsizlikdir - Bəhruz Quliyev
Bizi izləyin

Nida Təhlil

Bu, ədəbsizlikdir - Bəhruz Quliyev

“Heç kim yanğın, qəza və digər bu kimi fəlakətlərdən sığortalanmayıb. Lakin təəssüf ki, müxalifət nəinki bu kimi hadisələrdən, hətta son dövrlərdə şəhid ailələri, hərbi qulluqçuların ölümü və onların dəfn mərasimlərindən belə siyasi məqsədlər naminə istifadə edərək, baş verənlərdə iqtidarı günahlandırmaqla, monuplyativ çıxışlar edir, bundan siyasi mübarizə üsulu kimi istifadə edir”.

Publika.az xəbər verir ki, bu sözləri “Səs” qəzetinni baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. O əlavə edib ki, 20 faiz torpaqları işğal altında olan bir ölkənin sərhədində hər hansı bir hadisənin olması təbii prosesdir: “Belə məqamların üzərində oyun qurmaq cılızlıqla yanaşı, siyasi mübarizədə naşılıq, şəhidlərin ruhuna hörmətsizlikdir. Bu baxımdan şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həlakı, eləcə də dəfn mərasimi də siyasi predmet olmamalıdır. Bu, yolverilməz, mənəvi dəyərlərə ziddir. Ona görə də pilotun yaxın qohumu, politoloq Qabil Hüseynli şəhid pilotun dəfn mərasimindən siyasi məqsədlər üçün istifadə etmək istəyənlərə yerində çağırış edib. Qabil Hüseynli həmin şəxslərin xislətini çox gözəl bilir. Ümumiyyətlə, hesab edirəm ki, dəfn mərasimini siyasiləşdirmək cəhdi ədəbsizlikdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm