"Onlar davranışlarına diqqət yetirməyə borcludurlar" - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

"Onlar davranışlarına diqqət yetirməyə borcludurlar" - Millət vəkili

“Ukraynada millət vəkillərinin toxunulmazlıq hüququnun ləğv edilməsi ilə bağlı müzakirələri əsaslı hesab edirəm. Çünki orada parlamentdə xoşagəlməz hadisələr tez-tez baş verir”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Ukrayna Ali Radası üzvlərinin toxunulmazlıq hüququnun ləğv edilməsinin gündəmə gəlməsi və Azərbaycanda bəzi radikalların bu qanunu Milli Məclisin üzvlərinə şamil edilməsini səsləndirməsi barədə danışan deputat bildirib ki, hazırda toxunulmazlıq hüququnun ləğv edilməsinə ehtiyac yoxdur:

“Bu dəyişikliyin Azərbaycanda da aparılması məsələsi lazımsızdır. Çünki Azərbaycanda millət vəkili qanunlara tam şəkildə əməl edir. Nizamnaməyə uyğun şəkildə davranır. Millət vəkili xalqın seçdiyi nümayəndədir və dövlət orqanlarında təmsil olunma haqqı olduğuna görə deputatların toxunulmazlığının götürülməsinə ehtiyac görmürəm. Bu gün Azərbaycan parlamentinin hər bir üzvü dövlət siyasətini dəstəkləyir və bu siyasətin həyata keçirilməsində yaxından iştirak edir. Belə olan halda, bu hüququn götürülməsinə ehtiyac görmürəm. Bununla yanaşı, millət vəkilləri cəmiyyət üçün nümunə olmalıdır. Öz hərəkətlərinə hər zaman diqqət yetirməlidir. Millət vəkili xalqı təmsil edən şəxsdir. Ona görə də davranışlarına diqqət yetirməyə borcludur. Bizdə bununla bağlı hər hansı problem yaşandığını görməmişəm. Ona görə də deputatların toxunulmazlığı məsələsinin qaldırılmasını bu günü reallığına uyğun hesab etmirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm