“Başımıza hansı oyunu açacaqsınız?!” - Əli Kərimli jurnalisti buna görə söydürdü
Bizi izləyin

Nida Təhlil

“Başımıza hansı oyunu açacaqsınız?!” - Əli Kərimli jurnalisti buna görə söydürdü

“Mən sizin qurmaq istədiyiniz Azərbaycandan qorxuram. Qorxuram ki, hakimiyyətə gəlsəniz, necə bir cəmiyyət qıracaqsınız. Siz müxalifətdəsiniz, görün tərəfdarlarınız nə edir, bəs hakimiyyətə gəlsəniz jurnalistlərin başına hansı oyunu açacaqsınız?!”.

Keçmiş ANS-çi, müxalif mövqedə olan İsmayıl Cəlilov AXCP sədri Əli Kərimlinin gerçək üzünü göstərdi. Buna səbəb İ.Cəlilovun efirində Əli Kərimli haqqında loyal bir tənqidin getməsinə əvəz olaraq AXCP-nin trol dəstəsinin onu ən nalayiq söyüşlərə məruz qoymasıdır.

Əli Kərimlinin ən kiçik tənqidə belə dözümsüz olduğu məlumdur, hətta partiya daxilində latın Amerikası diktatorlarının təcrübələrini tətbiq etdiyi deyilir. Hər gün söz azadlığından, demokratiyadan danışan bu adamın sosial şəbəkədə yaratdığı trol dəstəsinin əsas funksiyası da haqqında ən kiçik tənqid səsləndirənlərə total hücumun edilməsi, söyüş və təhqirlərlə qarşı tərəfin susdurulmasıdır. Əli Kərimli tərəfindən bu taktika 2005-ci ildən sonra tətbiq olunur və araşdırmalar göstərir ki, Azərbaycan siyasətində trolluğu da məhz o gətirib.

İ.Cəlilovun məruz qaldığı hücum göstərir ki, Əli Kərimli düşüncəsindən, mövqeyindən asılı olmayaraq, ona qarşı çıxan hər kəsi düşmən gözündə görür.

“Efirimdə Əli Kərimli yumşaq formada tənqid olunmuşdu, heç bir təhqir yox idi, sadəcə olaraq, mövcud vəziyyətdə gücsüz olduğu deyilmişdi. Bundan sonra AXCP-nin trolları tökülüşdü üstümə, iki gündür Feysbuk və Youtube səhifəmdə ana-ata söyüşlərinə məruz qalıram, iki gündür bu söyüşləri silməklə məşğulam. Adi bir tənqidə bu qədər söyüşlə cavab verən qrupa nə deyəsən?!”, - İ.Cəlilov bildirir.

Qeyd edir ki, Əli Kərimli dəvətlərinə baxmayaraq, onun efirinə gəlmir. Çünki onun izləyiciləri azdır: “Bunu anlayıram, amma izləyicisi az olan bir kanaldan niyə bu qədər qorxursunuz, Əli bəy. Nəyə görə ata-ana söyüşləri yağdırırsınız?! Bunlar hakimiyyətin yox, sənin tərəfdarlarındır. Tərəfdarlarına göstəriş ver ki, mediaya hücum etmək olmaz. Siz susmağınızla media tərəfindən rəğbət qazanmırsınız. Nədən qorxursunuz, niyə mediaya təzyiq göstərirsiniz, sizin ardınızca gedən məxluqlar niyə mənim sosial şəbəkə səhifələrimi alçaqcasına şikayət edir?! Bu gün müxalifətdəsiniz, tərəfdarlarınız belə edir, iqtidara gəlsəniz jurnalistlərin başına nə oyun açacaqsınız? Budur Azərbaycana vermək istədiyini gələcək?!”.

İ.Cəlilov Əli Kərimliyə xitabən vurğulayıb ki, “kiçik tənqidə görə bu qədər söyüş söymək, mediaya təzyiq etmək kişilik deyil”.

“Sevinc Osmanqızının kanalında hər gün danışmağa vaxt tapırsınız, lakin bir dəfə belə gələcək haqqında, platformanız haqqında danışmamısınız. Mən sizin gələcəklə bağlı fikirlərinizi bilmək istəyirdim, lakin görün tərəfdarlarınız hansı biabırçılığı yaradır? Belə liderlik olmur, Əbülfəz Elçibəyin irsini çamura bulaşdırmayın. Sizin yolunuzu gedənlər Elçibəyə layiqdirmi? Trollarınız müstəqil medianı alçaqcasına şikayət edir, bu kişilikdir? Sənin haqqında bir cümlə tənqid gedib, mən bunu sərlövhəyə çıxarmışam, bu mənim haqqımdır. Əli Kərimli, açıqlayın, siz Azərbaycanın gələcəyini necə görürsünüz, müstəqil mediaya alçaqcasına hücum edən iqtidar quracaqsınız? Budurmu Azərbaycanda qurmaq istədiyin gələcək, əgər bu deyilsə, niyə tərəfdarlarınız belə alçaq hərəkət edir. Sizin tərəfdarlarınız özünə çoban axtaran sürüdür. Məgər Əli Kərimli peyğəmbərdir ki, onu tənqid etmək olmaz?! Siz hansı haqla müstəqil mediaya təzyiq edirsiniz? 4 min izləyicisi olan kanaldan qorxursunuz? Budurmu sizin azad, demokratik ideyalarınız, tüpürələr belə ideyalara. Mən müxalifətdən belə alçaq hərəkət gözləmirdim, ana söyüşünə qədər eşitdim, daha nə edəcəksiniz. Siz iqtidara gəlib medianı kökündən bağlayacaqsınız. Sizin qurmaq istədiyiniz Azərbaycandan qorxuram”, - Kərimlinin trollarına məruz qalan Cəlilov qeyd edib.

Əli Kərimlinin Azərbaycanı necə görmək istədiyini anlamaq üçün əlavə şərhə ehtiyac yoxdur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm