Putin Azərbaycan sərhədinə gəldi: İrəvanı qorxuya salan MÜHARİBƏ DETALI
Bizi izləyin

Nida Təhlil

Putin Azərbaycan sərhədinə gəldi: İrəvanı qorxuya salan MÜHARİBƏ DETALI

Rusiya prezidenti Vladimir Putin 1999-cu ildə Dağıstanda törədilmiş terror aktının 20 illiyinə həsr olunmuş mərasimdə iştirak etmək üçün Şimali Qafqaza səfər efib. Rusiya üçün terror aktı olaraq qəbul olunan bu hadisələr çeçen müharibəsi dövründə baş vermişdi və çeçenlər üçün bu, azadlıq müharibəsi idi. Yeltsinin dövründə Şimali Qafqazla bacara bilməyən Moskva Putinin hakimiyyətə gəlişindən sonra bölgəni nəzarətə götürə bildi, hərçənd, bu region daim Rusiyanın “Axilles dabanı” hesab olunur.

Publika.az
xəbər verir ki, Şimali Qafqazdakı vəziyyət Rusiya üçün “mina vəziyyətini” xatırladır.

Putinin səfəri bu kontekstdə diqqət çəkir. Ekspertlər hesab edirlər ki, Putinin 2024-cü ildə hakimiyyətdən getməyə hazırlaşması Şimali Qafqazdakı “minaların” yenidən partlamasına səbəb ola bilər.

Maraqlıdır ki, Putinin Şimali Qafqaza səfəri İrəvanda birmənalı qarşılanmayıb. Erməni ekspertlər iddia edirlər ki, Ermənistan Rusiya üçün Şimali Qafqaz regionunda stabilliyin saxlanılması üçün xüsusi rol oynayıb, hərçənd, bu məntiq bir qədər absurd görünür. Lakin İrəvanda düşünürlər ki, “aprel müharibəsi”ndən sonra regionda vəziyyət dəyişib və Rusiyada bölgənin təhlükəsizliyinin Bakıdan asılı olduğu fikri möhkəmlənib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm