"Türkiyənin nüvə silahına yiyələnməkdən başqa alternativi qalmayacaq" - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

"Türkiyənin nüvə silahına yiyələnməkdən başqa alternativi qalmayacaq" - POLİTOLOQ

“Türkiyənin nüvə silahına yiyələnməkdən başqa alternativi qalmayacaq”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışını şərh edən politoloq türk liderin nüvə silahlı ilə bağlı fikirlərini belə dəyərləndirib:

“Ərdoğan çıxışında dünyanı bürüyən ədalətsizlikdən, aclıqdan, səfalətdən danışdı. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünü nəzərdə tutaraq həmişəki kimi “dünya beşdən böyükdür” fikrini təkrarladı. İsrailin yaxın keçmişini və indiki vəziyyətini xəritədə göstərək Fələstinin işğalını sərt şəkildə tənqid etdi. Türkiyə prezidentinin çıxışında ən yadda qalan fikirlərindən biri də bu oldu: “Nüvə silahı ya hamı üçün qadağan edilməlidir, ya da hamı üçün əlçatan olmalıdır”.

Aydındır ki, nüvə silahı hamıya qadağan edilə bilməz. ABŞ, Rusiya, Hindistan və ya Pakistan nüvə silahından imtina etməzlər. Demək, qalır Ərdoğanın cümləsinin ikinci hissəsi. Yəni birində nüvə silahı olarsa, başqasına niyə olmasın? Ərdoğan Türkiyənin nüvə silahına malik olması məsələsini aktuallaşdırmağa çalışır. Məsələ burasındadır ki, bir gün İran nüvə silahına malik olarsa, Türkiyənin də nüvə silahına yiyələnməkdən başqa alternativi qalmayacaq”.

Politoloq, həmçinin, Ərdoğanın Azərbaycanla bağlı dediyi sözləri də xatırladıb: “Türkiyə prezidenti, az qala, hər il BMT Baş Assambleyasının sentyabrda açılan sessiyasında çıxış edir və hər çıxışında “Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir” fikrini səsləndirir. BMT tribunasından daha hansı ölkənin lideri bu fikri dilə gətirir?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm