• USD 1,7000 0,00% EUR 2,0117 +0,27%
    • GBP 2,2141 -0,28% RUB 0,0222 0,00%

Milli gəlirlərin çoxalması Azərbaycanın bugünkü reallığıdır - DEPUTAT

Milli gəlirlərin çoxalması Azərbaycanın bugünkü reallığıdır - DEPUTAT

“Azərbaycanda son dəfə siyahıyaalma prosesi 10 il əvvəl aparılmışdı. Bu 10 il ərzində ölkəmizinə iqtisadi, siyasi mühitində böyük dəyişikliklər və inkişaf qeydə alınıb”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər, həmçinin, Gənclər və idman komitəsinin üzvü Azər Badamov deyib.

Millət vəkili bildirib ki, bütün bunlarla yanaşı, Azərbaycanda demoqrafik artım da baş verib: “Bildiyiniz ki, Azərbaycan vətəndaşlarının sayı 10 milyoni keçib. Bu artımın iqtisadi inkişafla birgə qeydə alınması, milli gəlirlərin çoxalması Azərbaycanın bugünkü reallığıdır. Bu reallığın təsdiqi də siyahıyaalmada öz əksinii tapacaq. Oktyabrın 1-dən başlanan prosesdə yeni müddəalar salınıb ki, bunlar əhalinin sosial vəziyyətini müəyyənləşdirmək məqsədi daşıyır. Əhalinin gəlirləri, demoqrafik artım, miqrasiya olunması, xarici, daxili miqrasiyanın vəziyyəti və bu kimi istiqamətlər öz əksini tapır".

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin də statistika idarəsinin rəhbərinə göstəriş verdiyi kimi, bu siyahıyaalmada müəyyənləşəcək məqamlar Azərbaycanın gələcək inkişaf planlarının qurulmasında xüsusi rol oynayacaq: "Bu prosesin nəticələri Azərbaycanın bugünkü vəziyyətini göz qabağına qoyacaq. Bu, vacib prosesdir. Həm əhalinin sayının yerlərdə nə qədər olduğuna aydınlıq gətirir. Həm də ailə tərkibini, işsizliyin səviyyəsini ölçür”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR