Rusiyadan İrəvana TƏRS ŞİLLƏ: Qarabağ Ermənistanın deyil və...
Bizi izləyin

Nida Təhlil

Rusiyadan İrəvana TƏRS ŞİLLƏ: Qarabağ Ermənistanın deyil və...

“Moskva ilk dəfə rəsmi səviyyədə “Qarabağ Ermənistandır” fikri ilə razılaşmadığını açıqladı”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, buna qədər Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova azərbaycanlı jurnalsitin sualına cavab olaraq ünvan göstərmədən danışıqlar formatının dəyişdirilməsinin əleyhinə olduğunu vurğulamışdı: “Ancaq onun şefi, xarici işlər naziri Sergey Lavrov “Valday” klubunun Yaxın Şərqə həsr olunan bugünkü sessiyasında ünvanı gizlətmədi: “Qarabağ Ermənistandır” ifadəsi “Kosovo Albaniyadır” ifadəsinə bənzəyir və bu danışıqlar prosesində müsbət atmosferin yaradılmasına kömək etmir”.

Məlumdur ki, Kreml Kosovonun müstəqilliyini qəbul etmir və bu bölgəni Serbiyanın ərazisi sayır. Ona görə də Qarabağın Kosovoya bənzədilməsi İrəvanın xeyrinə deyil. Əgər Kosovo məntiqi ilə yanaşsaq, Kreml nə Qarabağın Ermənistana birləşdirilməsinin, nə də müstəqilliyinin tərəfdarı olmalıdır. Ancaq Kremlin bu siyasətinin davamlı olacağını söyləmək çətindir. Kreml sadəcə Nikol Paşinyanı qəbul etmir, Ermənistandan isə vaz keçmək fikri yoxdur”.

E.Şahinoğlu qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin sammitinin İrəvanda keçirilməsi eyforiyasından hələ də çıxa bilmir: “Guya toplantı məhz ona görə İrəvanda keçirilib. Halbuki, təşkilatın toplantısı sadəcə növbəlilik prinsipinə görə İrəvanda keçirilib və bunun Paşinyanla əlaqəsi yoxdur. Buna baxmayaraq, toplantıdan dərhal sonra parlamentdə çıxış edən Paşinyan Avrasiya İqtisadi Birliyinin zirvəsinin “uğurlu nəticələrindən” və rusiyalı həmkarı Vladimir Putinlə görüşdən ağız dolusu danışıb. Ancaq deputatlardan birinin “Rusiya Ermənistana satdığı qazın qiymətini bahalaşdırmayacaq ki” kimi sadə sualına cavab verə bilməyib. Putinin İrəvanda həbs olunan eks-prezident Robert Köçəryanın həyat yoldaşı ilə görüşü, üstəgəl, Sergey Lavrovun Qarabağı Kosovoya bənzətməsi Paşinyan üçün yaxşı xəbər deyil. Ancaq bizim də bu gedişatdan çıxış edərək “Rusiya Ermənistandan üz döndərir” kimi eyforiyaya qapılmamız da doğru olmaz. Bu gün Ermənistanda rəhbər Paşinyandırsa, sabah Kremlin görmək istədiyi başqa “yan” ola bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm