Erməni təxribatına deputatdan SƏRT REAKSİYA
Bizi izləyin

Nida Təhlil

Erməni təxribatına deputatdan SƏRT REAKSİYA

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”ın səfərdə “Düdelanj”a qarşı keçirdiyi oyunda növbəti erməni təxribatı baş verdi. Oyununun (1:4) 31-ci dəqiqəsində Ağdam klubunun ikinci qolundan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla gətirildi.

Milli Məclisin deputatı Aydın Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, beynəlxalq futbol yarışında bu cür təxribatlar törətməklə onlar çirkin niyyətlərini bir daha nümayiş etdirdilər:

“İdman oyunlarının siyasiləşdirilməsi yolverilməz olduğu halda, düşmən təxribatçı niyyətini bir daha təsdiqlədi".

Hadisənin geniş ictmaiyyətin və UEFA nümayəndələrinin gözü qarşısında baş verdiyi deyən millət vəkili bildirib ki, təqsirkarlar beynəlxalq futbol qurumu tərəfindən ciddi cəzalandırılmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm