"Valday"da Paşinyana QARABAĞ ŞOKU: Sergey Lavrov...
Bizi izləyin

Nida Təhlil

"Valday"da Paşinyana QARABAĞ ŞOKU: Sergey Lavrov...

Prezident İlham Əliyev oktyabrın 3-də Rusiyanın Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağla bağlı bir daha qəti mövqe nümayiş etdirdi və bu mövqe bütün dünyada rezonans doğurdu.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov Prezident İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərini xatırladaraq qeyd edib ki, Prezidentin bu mövqeyi bir daha göstərdi ki, dövlətimizin başçsı, Ali Baş Komandan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə prinsipial, qətiyyətli mövqeyə malikdir, həm də bu mövqeyini ən yülsək tribunalardan ifadə edir:

“Valday dünyanın çox mühüm beyin mərkəzidir. Bu tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, İordaniya kralı, Qazaxstan prezidenti, Fillipinin dövlət başçısı, dünyanın nəhəng siyasi elitasının nümayəndələri, ekspertlər, nüfuzlu jurnalistlər iştirak edirdilər. Amma Ermənistanın baş naziri isə populist, cəfəng və heç bir əsası olmayan absurd bəyanatlarını çox zaman daxili auditoriyaya ünvanlamaq məqsədilə çox kiçik bir çevrədə ifadə edir və bu bəyanatları daha çox öz adamları əhatəsində səsləndirir, bunlar əsasən daxili auditoriyanı sakitləşdirmək üçün səslənən fikirlərdir. Amma onun absurd fikirləri heç bir halda yüksək tribunalardan qəbul edilmir”.

Deputat əlavə edib ki, Paşinyanın beynəlxalq hüquqa zidd mövqeyi Valday Beynəlxalq Diskussiya Klubunda da Rusiya rəhbərliyi səviyyəsində təkzib edildi: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov söylədi ki, Paşinyanın “Dağlıq Qarabağ Ermənistanıdır” mövqeyi vaxtilə Albaniya rəhbərinin “Kosova Albaniyanındır” mövqeyi ilə həmahəng səslənir və qəbuledilməzdir. Bir daha bütün yanaşmalar onu göstərir ki, Azərbaycanın dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq rezonans doğurur, Ermənistanın baş naziri isə özünün getdikcə laxlamaqda olan hakimiyyətini qoruyub saxlamaq üçün daxili auditoriyaya ünvanlanmş cılız bəyanatlar səsləndirir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm