Paşinyana SƏRT XƏBƏRDARLIQ: Ali Baş Komandan buna imkan verməz
Bizi izləyin

Nida Təhlil

Paşinyana SƏRT XƏBƏRDARLIQ: Ali Baş Komandan buna imkan verməz

Ermənistanın baş naziri N.Paşinyanın təxribatçı və sərsəm bəyanatı Azərbaycanın Prezidenti İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi. Qarabağ Azərbaycandır! Tarixin təsdiq, beynəlxalq hüququn və birliyin qəbul etdiyi bu məntiqlə razılaşmamaq mümkün deyil.

Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov vurğulayıb ki, Qarabağ Azərbaycanındır, Azərbaycan xalqına mənsubdur, onun mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz və dəyişdirilməyəcək: “Buna Azərbaycan xalqı, onun ordusu və Ali Baş Komandanı İlham Əliyev buna imkan verməz. Avantürist bəyanatın qarşısına ədalətli və sərt bəyanat qoyuldu. İşğalçı siyasətin aqibəti də beləcə xalqımızın iradəsi və ordumuzun qüdrəti ilə sona çatacaq”.

Qeyd edək ki, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır: "Qarabağ Azərbaycandır və nida işarəsi". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm