Sabiq nazir yeni Baş nazir haqqında: "Hələ o zaman nə qədər ağıllı olduğunu görmüşdüm"
Bizi izləyin

Nida Təhlil

Sabiq nazir yeni Baş nazir haqqında: "Hələ o zaman nə qədər ağıllı olduğunu görmüşdüm"

“Əli Əsədovun ölkənin Baş naziri postuna təyinatı yüksək qiymətləndirilməlidir”.

Publika.az xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Sabiq nazir bildirib ki, o, peşəkar iqtisadçı və kifayət qədər bacarıqlı bir təşkilatçıdır: “Hələ 90-cı illərin ikinci yarısında, Əli Əsədovun prezidentin iqtisadi məsələlər üzrə köməkçisi postuna təyinatından sonra onunla birlikdə ölkənin iqtisadi problemlərini saatlarla müzakirə etmişəm və hələ o zaman onun nə qədər ağıllı bir iqtisadçı olduğunun şahidi olmuşdum. Əli Əsədov ölkənin iqtisadi problemlərini və bu problemlərin həlli yolllarını kifayət qədər yaxşı bilir. Heç şübhəsiz ki, indiki həssas dönəmdə onun bu vəzifəyə təyinatı təsadüfi deyil. Düşünürəm ki, Əli Əsədovun bu posta ölkənin iqtisadi və maliyyə sistemində gözlənilən koordinal islahatlar, o cümlədən, kadr islahatları ərfəsində gətirilməsi təsadüfi sayıla bilməz”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm