Prezidentimizin sərrast çıxışı və çaş-baş qalan Paşinyan - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Prezidentimizin sərrast çıxışı və çaş-baş qalan Paşinyan - ŞƏRH

“Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən toplantıda çıxışı zamanı Azərbaycan xalqının müharibə illərindəki rolunu xatırladıb. Daha sonra o, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiyini bildirib”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib.

Millət vəkilinin sözlərinə görə, İlham Əliyev təəssüf hissi ilə bildirib ki, MDB məkanında, xüsusilə, Ermənistanda belə şeylər baş verib: “Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbiylə xidmət edən faşist cəllad və satqın Qaregin ter Arutyunyana abidə qoymuşdu. Daha sonra Prezident İlham Əliyev Njdenin nasistlərlə əməkdaşlıq etməsi haqqında məlumatlı olan Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlaşdırılmasına həsr edilən may ayındakı hesabatından sitat gətirib. İlham Əliyev Njdenin Sovet hökuməti tərəfindən sonradan həbs edildiyini və Vladimirsk həbsxanasında öldüyünü xatırladıb: “Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni demontaj etməyib. Hesab edirəm ki, faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm