Prezidentimizin siyasəti insanların rifahına, ölkəmizin inkişafına istiqamətlənib - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Prezidentimizin siyasəti insanların rifahına, ölkəmizin inkişafına istiqamətlənib - DEPUTAT

“2019-cu ilin geridə qalan 9 ayı ərzində ölkəmizdə inflyasiya 2 faizdən biraz artıq qeydə alınıb. Bu, çox gözəl göstəricidir. Bildiyiniz kimi bu il çox ciddi və böyük sosial paketlərin reallaşması nəticəsində 4 milyondan çox insanın maddi vəziyyəti yaxşılaşıb. Bu layihələrin reallaşmasına milyonlarla vəsait xərclənməsinə baxmayaraq, inflyasiyasınıın 2 faiz səviyyəsində qalması çox uğurlu nəticədir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə aparılan sosial iqtisadi siyasət uğurlu nəticələr göstərməkdədir.

Cari ilin 9 ayının iqtisadi göstəriciləri də ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticələridir: “Azərbaycanda Ümumdaxili məhsulun 85 faizindən çoxu qeyri-neft sənayesinin üzərində formalaşıb. Buradan nəticə çıxarmaq olar ki, Azərbaycanda qeyri-neft sektoru özünün nkişaf dövrünü yaşayır və ölkə iqtisadiyyatının lokomativinə çevrilməkdədir. Ümumilikdə isə Azərbaycanın iqtisadi göstəriciləri 9 ay müddətində 2,5 dəfə artıb. Yəni Azərbaycan iqtisadiyyatı inkişaf dinamikasını qoruyub saxlayıb və yeni hədəflərə çatır. Cari ilin ötən müddətində ölkəmizdə qeyri-neft sektoru 3 faiz, qeyri-neft sənayesi 15 faiz artıb. Bu, dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq artımdır. Ölkəmizdə polietilen və digər zavodların fəaliyyət göstərməsi də Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafına təkan verir”.

A.Badamov vurğulayıb ki, Azərbaycanda düzgün pul kredit siyasəti həyata keçirilir: “Azərbaycanda ixrac potensialının artması nəticəsində ölkəmizə əlavə valyuta gəlir. Bu da ölkəmizin iqtisadiyyatının dinamikliyini qoruyub saxlayır. Beynəlxalq reytinq təşkilatları tərəfindən, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın biznes baxımından 25-ci yerdə qərarlaşması dünya ölkələri arasında ölkəmizin güclü iqtisadi mövqeyinin göstəricisidir. Davos İqtisadi Forumunun açıqladığı hesabatda Azərbaycanın 58-ci yerdə qərarlaşmasını ölkəmizdə aparılan iqtisadi islahatların uğurları kimi qeyd etmək olar. Sözügedən hesabatda Azərbaycan mütəşşəkil cinayətkarlıq üzrə dünya üzrə 18-ci yerdə qərarlaşıb. Polisə etimada görə Azərbaycan 30, yol infrastrukturna görə isə 27-ci yerdədir. Ötən ilki göstəricilərlə müqayisədə Azərbaycanın irəlilədiyini görürük. Bundan başqa, elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdə, biznesə başlamaq baxımından 8-ci yerdəyik. Bütün bu göstəricilər deməyə imkan verir ki, Azərbaycanda ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət insanların sosial rifahına, ölkəmizin inkişafına istiqamətlənib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm