Tanınmış vəkil: "Sərbəst toplaşmaq azadlığı qanunla məhdudlaşdırıla bilər"
Bizi izləyin

Nida Təhlil

Tanınmış vəkil: "Sərbəst toplaşmaq azadlığı qanunla məhdudlaşdırıla bilər"

Tanınmış vəkil Anar Qasımlı sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasınən və zəruri hallarda icazə verilməməsinin qanuni əsaslarını şərh edib.

Publika.az xəbər verir ki, Anar Qasımlı sərbəst toplaşmaq azadlığının əsas və fundamental azadlıq olsa da məhdudlaşdırılması qadağan olunan insan hüquq və azadlıqları kateqoriyasına daxil olmadığını və qanunla məhdudlaşdırıla bilinəcəyini deyib:

"İstər yerli, istərsə də beynəlxalq hüquqi aktlarda bu hüququn həyata keçirilməsinə məhdudiyyət qoyulması üçün nəzərdə tutulmuş əsaslar eynidir: 1. milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə; 2. iğtişaşın və cinayətin qarşısını
almaq üçün; 3. sağlamlığın və mənəviyyatın qorunması üçün; 4. digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.

Ölkəmizdə sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunla tənzimlənir.

Həmin Qanunun 9-cu maddəsinin VI bəndinə əsasən, yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı xüsusi yerlər ayırmalıdır. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunan yerlərin siyahısı yerli mətbuatda dərc edilir və başqa üsullarla əhaliyə çatdırılır. Təşkilatçılar yığıncaq, mitinq və ya nümayiş üçün ayrılmış yerlərin birini seçə bilərlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm