İndi xarici qüvvələr Azərbaycanın daxilindən... - Səməd Seyidov
Bizi izləyin

Nida Təhlil

İndi xarici qüvvələr Azərbaycanın daxilindən... - Səməd Seyidov

İndi xarici qüvvələr əvvəlki kimi xaricdən deyil, Azərbaycanın daxilindən xaos yaratmaq, ictimai asayişi pozmaq və ölkəmizi anarxiyaya sürükləmək üçün hərəkətə keçib.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin üzvü, Beynəlxalq Məsələlər üzrə Komitə sədri Səməd Seyidov YAP-ın İcra Katibliyində Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən toplantıda deyib.

Avropa Şurasında bir müddət əvvəl yaşanan qalmaqalı xatırladan S.Seyidov bildirib ki, 19 oktyabrda keçirilən qanunsuz mitinqdə polisin davranışları adekvatdır: “Kataloniya, Fransa nümunələri bizim gözümüzün qabağında olub. Öz evində bu cür xaosun qarşısını ölümlə, camaatın gözünü çıxarmaqla alan təşkilatlar bizə münasibət bildirə bilməzlər. Avropada ikili standartların nə dərəcədə möhkəm olduğu göz qabağındadır. Elin gözü tərəzidir. Biz öz dövlətimizi, prezidentimizi, siyasətimizi, partiyamızı hər zaman müdafə etmişik və edəcəyik!”

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm