• USD 1,7000 0,00% EUR 2,0141 +0,60%
    • GBP 2,2067 +0,28% RUB 0,0220 +0,45%

İnqilabın yeni mərhələsi: Kölgə iqtisadiyyatı ləğv olunur

İnqilabın yeni mərhələsi: Kölgə iqtisadiyyatı ləğv olunur

Prezident İlham Əliyev addımları ilə dünyanın siyasi tarixinin əsas istiqamətlərindən olan “Böyük siyasi liderlər inqilab vasitəsilə islahatlar yox, islahatlar vasitəsilə inqilab edirlər” prinsipini davam etdirir.

Dövlət başçısı Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən, 2019-cu ilin başlanğıcından həyata keçirilən islahat inqilabının növbəti mərhələsini elan etdi.

Azərbaycanda kölgə iqtisadiyyatı ləğv edilir. Bunun anonsunu verən dövlət başçısı yeni istiqamətləri də müəyyənləşdirdi.

- Qeyri-neft sektorunun inkişafı hesabına dayanıqlı iqtisadi inkişaf təmin ediləcək.

Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfən çox artıb. Bu, dünyanın iqtisadi mənzərəsi fonunda böyük göstəricidir və bu artım xalqın sosial rifahının yüksəlməsi ilə nəticələnib. Təkcə bu il ərzində Prezidentin müvafiq sərəncamları ilə əmək haqları, sosial müavinətlər, əmək pensiyaları ayrı-ayrılıqda 80 faiz artıb. Bunun fonunda neft gəlirləri qeyri-neft sektorunun inkişafına da yönləndirilib, xüsusilə kənd təsərrüfatı, yüngül sənayenin inkişafında irəliləyişlər əldə olunub. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan dünyada biznes mühitinə görə 25-ci yerdədir, həmçinin, 20 ən islahatçı ölkə arasındadır.

Hərçənd, Prezident bunun yetərli olmadığını açıq şəkildə bildirdi və əsas tapşırıqlarından biri olaraq, qeyri-neft sektorunun inkişaf etdirilməsini qarşıya məqsəd qoydu. Xüsusilə qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi vacib istiqamətlərdən biri elan olundu. Dövlət başçısı vurğuladı ki, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə qoyulubdur: “Bunun yarısı xarici sərmayədir. Ancaq bu sərmayənin də böyük əksəriyyəti neft-qaz sektoruna qoyulan sərmayədir. Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda, yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar”.

Beləliklə, Prezident konkret istiqamətlər müəyyənləşdirdi:
- Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq;
- Qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi prosesi gücləndiriləcək;


Prezident İlham Əliyev əsas istiqamətlərdən biri kimi də ölkədə iqtisadi artımın demoqrafik artımı üstələməsi ilə bağlıdır. Azərbaycan əhalisi artıq 10 milyonu keçib və bölgədə ən böyük demoqrafik artım məhz bizim ölkədədir. Demoqrafik artımın başlıca səbəbi ölkədə sosial rifahın və insanların həyat səviyyəsinin yüksək olması ilə bağlıdır. Lakin dövlət başçısı iqtisadi artımın demoqrafik artımı üstələməsi tapşırığı ilə dövlətin təməli olan ailə institutunun də güclənməsini təmin edir.

Cənubi Qafqazda bizdən başqa digər ölkələrdə demoqrafik artım yoxdur. Ona görə o ölkələrdə bizim üzləşdiyimiz problemlər də mövcud deyil. Mən dəfələrlə demişəm ki, bizim iqtisadi artımımız demoqrafik artımı üstələməlidir. Buna nail olmaq üçün biz yeni artım mənbələri aşkar etməliyik. Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir”, deyən dövlət başçısı kölgə iqtisadiyyatına qarşı mübarizəni elan etdi.

Bəyan etdi ki, “Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir”.

“Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni, göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda, biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq. Ona görə iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin etmək, məşğulluğu artırmaq lazımdır. Hər il on minlərlə yeni iş yeri yaradılır. Məhz buna görə işsizlik Azərbaycanda aşağı səviyyədədir. Ancaq buna baxmayaraq, işsizlik arta bilər. Nəyə görə? Əhali artır və əgər iqtisadi inkişaf artan əhalinin templəri ilə uzlaşmasa, əlbəttə ki, gələcəkdə bizi bir çox problemlər gözləyə bilər. Biz isə öz siyasətimizi strateji hədəflər əsasında qururuq. Bizim siyasətimiz uzunmüddətlidir və siyasətimizin əsas qayəsi odur ki, dayanıqlı inkişaf təmin edilsin”, - Prezident İlham Əliyev bəyan etdi.

Bununla dövlət başçısı iqtisadi inqilabın növbəti mərhələsini elan etdi:

Qeyri-neft sektorunun inkişafı sürətləndiriləcək; Xarici investisiyalar cəlb olunacaq; Kölgə iqtisadiyyatı sıradan çıxarılacaq; Yeni iş yerləri yaradılacaq;

Bu islahatların əsas hədəfi həmişə olduğu kimi Azərbaycan xalqının sosial rifahı və daha da yaxşı yaşamasıdır. Azərbaycan prezidenti dövlət xadimi olaraq islahatlar yolu ilə inqilaba davam edir.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR