Ruhani: İran-Azərbaycan əlaqələri inkişaf edərək strateji xarakter almağa başlayıb
Bizi izləyin

Nida Təhlil

Ruhani: İran-Azərbaycan əlaqələri inkişaf edərək strateji xarakter almağa başlayıb

İran ilə Azərbaycan arasında əlaqələr inkişaf edərək strateji xarakter almağa başlayıb.

Bu sözləri İran Prezidenti Həsən Ruhani Azərbaycana səfərə yola düşərkən Tehranda jurnalistlərə açıqlamasında deyib.

Prezident bildirib ki, müştərək tarixə, adət-ənənəyə, dəyərlərə və dinə sahib olan hər iki ölkənin qonşuluq və dostluq əlaqələri digər dövlətlər üçün nümunədir. İqtisadi sahədə İran Azərbaycan ilə beynəlxalq əhəmiyyətə malik layihə həyata keçirir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindən yalnız İran ilə Azərbaycan deyil, regionun digər ölkələri də faydalanacaq.

Prezident qeyd edib ki, cari ilin ötən dövrü ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 74 faiz artması əlaqələrimizin inkişafda olduğunu göstərir.

Həsən Ruhani nəzərə çatdırıb ki, səfər çərçivəsində Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etməklə yanaşı, bir sıra ikitərəfli görüşlər də keçirəcək. (azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm