Bu, ölkənin xarici siyasətində uğur kimi qəbul olunmalıdır - Elçin Mirzəbəyli
Bizi izləyin

Nida Təhlil

Bu, ölkənin xarici siyasətində uğur kimi qəbul olunmalıdır - Elçin Mirzəbəyli

“Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən çox sayda dövlətini bir araya gətirən ikinci təşkilatdır. Burada müşahidəçi statusu ilə 17 dövlət də təmsil olunur. Həmçinin, BMT də daxil olmaqla, 10 beynəlxalq təşkilat müşahidəçi qismində iştirak edir”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçi bildirib ki, belə bir təşkilatda Azərbaycanın qısa müddətdə nüfuz və uğur qazanması ölkə prezidentinin yürütdüyü xarici siyasətin və nüfuzunun göstəricisidir: “Zirvə görüşünün Azərbaycanda keçirilməsi və ölkəmizin prezidentinin təşkilata 3 il müdətində sədr seçilməsi, o cümlədən, ölkənin əraiz bütövlüyü ilə bağlı birmənalı bəyanatın qəbul olunması Azərbaycanın ən böyük uğurlarından biridir. Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində 120 dövlət Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həllinə dəstək verib. Bu, çox ciddi bir beynəlxalq uğurdur. Nəzərə almaq lazımdır ki, bu dövlətlərin hamısı, eyni zamanda, BMT Baş Assambleyasında da təmsil olunurlar. Həm də bu, o deməkdir ki, Baş Assambleyada Azərbaycanla bağlı yenidən hər hansı məsələ gündəliyə gələrsə, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması müzakirəyə çıxarılarsa, o zaman artıq 120 dövlətin mövqeyi ortalıqda olacaq. Düşünürəm ki, bu, ölkənin xarici siyasətində əldə olunmuş uğur kimi qəbul olunmalıdır”.

E.Mirzəbəyli qeyd edib ki, prinsip etibarilə, bu təkcə Azərbaycanın ədalətli mövqeyinə dəstək deyil, eyni zamanda, Ermənistanın işğalçılıq mövqeyinin qınanmasıdır: “Hər hansı bir dövlət, xüsusilə, dövlətçilik anlayışını, beynəlxalq hüququ özü üçün prinsipial mövqe hesab edən və qəbul etdiyi qərarları öz siyasətində prioritet görən dövlətlər bu məsələdə Ermənistanla münasibətlərində müəyyən mənada ehtiyatlı davranacaqlar və Ermənistana işğalçılıq siyasətinə son qoyması üçün müvafiq qaydada təzyiq göstərəcəklər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm