"Qarabağ klanı"na qarşı növbəti addım - PARLAMENT KOMİSSİYASI YARADILDI
Bizi izləyin

Nida Təhlil

"Qarabağ klanı"na qarşı növbəti addım - PARLAMENT KOMİSSİYASI YARADILDI

"Ermənistan rəhbərliyi "dörd günlük" Aprel döyüşlərini araşdırılması üçün parlamentdə komissiya yaradıb. Bu komissiyanın işi 2016-ci il döyüşlərində ordunun döyüş hazırlığı, məğlub olma səbəbi araşdırılır. Təbii ki, bu komissiya "inqilab lideri" Paşinynanın "Qarabağ klanı"na qarşı başladılan 2008-ci il 1 mart hadisələrinin araşdırılması cinayət təqibinin məntiqi davamıdır. 1 mart hadisələri ilə bağlı "Qarabağ klanı"na zərbə vuran Paşinynanın növbəti hədəfi bununla işğal olunmuş ərazilərdə separatçılardı".

Publika.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, "Qarabağ klanı"ın əsas dayağı Qarabağdı və burada toparlanması istiqamətində işlər aparılır: "Gələn il qondarma qurumda keçiriləcək "seçkilərdə" yenidən rəhbərliyi öz əllərində saxlamağa çalışacaqlar. Məhz buradakı separatçıları Paşinyan öz iqtidarına qarşı təhlükə görməklə yanaşı, onları Robert Koçaryan və Serj Sarkisyanın əsas tərəfdarları olaraq siyasi səhnədən silməyə çalışır.

Parlamentdə yaradılan komissiyanın araşdırmaları Xankəndində separatçılara çatacaq. Onların istintaqa cəlb edilməsi qaçılmaz ola bilər. Komissiyanın nəticələrindən sonra Paşinyan separtçıları orduda baş verən uğursuzluğa görə iddiham edəcək və Qarabağ ermənilərini onlara qarşı qaldırması istisna deyil. Aprel döyüşlərində işğal olunmuş ərazilərdə orduda müəyyən rəhbərliyi həyata keçirən separtçıları korrupsiyada, orduda yeyintiyə yol verməkdə və uğursuz hərbi əməliyyatlarda iddiham etməsi gözlənilir.

Göründüyü kimi Paşinynanın daxili siyasi intiriqası davam edir və öz hakmiyyətini qorumaq üçün Qarabağda öz adamlarını qondarma rəhbərliyə gətirməyi hədəfləyir. Bununla Paşinyan özünə qarşı qatı düşmən olan klanı zərərləşdirməklə, bir növ Qarabağ münaqişənin həllində hansı addımlar atacağı gələn il apreldən sonra bəlli olacaq. Aprelə kimi isə, Paşinyanı cəbhədə və Kreml tərəfindən yeni surprizlər gözləyə bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm