Azərbaycan adları fars adları ilə əvəzlənir və... - Güneyli soydaşımız ayağa qalxdı
Bizi izləyin

Nida Təhlil

Azərbaycan adları fars adları ilə əvəzlənir və... - Güneyli soydaşımız ayağa qalxdı

"Güney Azәrbaycanda türk mənşəli tarixi yer və abidələrin adları dəyişdirilib fars adları ilə əvəzlənir"

Bu sözləri Publika.az-a göndərdiyi məktubda Cənubi Azərbaycandan olan soydaşımız Mahmud Dustan deyib.

O, sözlərinə belə davam edib:

“Ötən әsrin 20-ci illәrindә Pәhlәvilәr hakimiyyәtә gәldikdən sonra Pәhlәvi şahı Rzaxan "Bir millәt, bir din, bir bayraq" ideologiyasını əsas tutaraq İranda farscadan başqa dildә danışmağı vә yazmağı qadağan etdi. O illәrdәn bәri İranda xüsusilə Azәrbaycan coğrafiyasında olan türkcә şәhәrlәrin, abidәlәrin, çayların, göllәrin və hətta dağların belə adları yeni fars adları ilə əvəzlənib. Qeyri-farslara qarşı aparılan farslaşdırma siyasәti ilə paralel yürüdülən bu siyasət son illərdə daha da intensiv hal alıb. Güney Azərbaycanın әn önәmli yer və tarixi abidələrinin adını dəyişdirərək aidiyyəti olmayan fars adlarla əvəzləyiblər. Buna misal kimi Savalan - Sәbәlan, Araz-Әrәs, Qoşaçay-Miyandoab, Tufarqan-Azәrşәhr, Qaradağ-Ərəsbaranı göstərmək olar. Yerdə qalan tarixi abidәlәr isə çox acınacaqlı vәziyyәtdәdir. Mәşrutә inqilabinin liderlәrindәn biri Şeyx Mәhәmmәd Xiyabaninin mәzarı, Әhәr şәhrindә Sәttarxan bәndi, Xiyav şәhәrindә Şәhәr yeri abidәsi, Baqirxanın evi baxımsızlıqdan uçmaq təhlükəsi ilə üz-üzədir. Ölkənin mәdәniyyәt vә kültür mәrkәzi - Tәbrizin Şairlәr Mәqbәrәsi isə sahibsiz itlәrin məskəninə çevrilib. Tәbrizdə yerləşən tarixi vә әzәmәtli Әrk qalası tikinti bəhanələri ilə aparılan qazıntı işlәri nəticəsində dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Azәrbaycanın bütün tarixi binaları, tәxminәn, eyni vәziyyәtdәdir. Bu binalar məqsədli şəkildə baxımsız saxlanılır ki, dağılıb yox olsun. Güney Azәrbaycanda yerli әhalinin mәntәqә adlarının dәyişdirilmәsi vә binaların adlarının təhrif olunmasına qarşı etirazlarına baxmayaraq mәsul qurumlar bu günәdәk sәssiz qalıblar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm