Milli Şuranın ermənilərin önündə susqunluğu - Mitinq niyə olmadı?
Bizi izləyin

Nida Təhlil

Milli Şuranın ermənilərin önündə susqunluğu - Mitinq niyə olmadı?

Milli Şura Cəmil Həsənlinin çağırışı ilə noyabrın 2-nə təyin etdiyi qanunsuz aksiyanı ləğv etdi. İlk diqqət çəkən məqam Milli Şuranın sədri Cəmil Həsənlinin sözləridir.

“Milli Şuranın rəhbərliyi mənim müraciətimi müzakirə edərək 2 noyabr mitinqinin təxirə salınması barədə qərar qəbul etmişdir. İndiki anda doğru saydığım bu qərara görə MŞ-nın rəhbərliyinə təşəkkür edirəm”.

Cəmil Həsənli rəhbəri olduğu Milli Şuranın rəhbərliyinə onun müraciətini qəbul etdiyi üçün təşəkkür edir. Əsl tragikomediyadır, rəhbər rəhbərə müraciət edir. Əslində Milli Şuranın faktiki rəhbəri AXCP sədri Əli Kərimlidir və C.Həsənli də “təşəkkürü” ona ünvanlayıb. Hər şeyin baş-ayaq olduğu bir şura və onun rəhbərliyinin Azərbaycanda siyasət adına iddia etməsinin özü də irreal, həm də tragikomediyadan başqa bir şey deyil.

Və təxirə salma qərarının səbəblərini araşdıranda reallıqlar ortaya çıxır: Xalq bu qüvvələri və onların iğtişaş planlarını dəstəkləmir.

Oktyabrın 19-da qanunsuz aksiya cəhdi göstərdi ki, bu qüvvələr Azərbaycanı 90-cı illərin qaranlığına qaytarmaq istəyir.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) 19 oktyabr aksiyası üçün Lökbatanda müvafiq yer ayırsa da, Milli Şura şəhərin mərkəzində “qaçdı-qovdu” şousu təşkil etdi. Məqsəd ərazidən keçən vətəndaşları da mitinq iştirakçısı kimi göstərmək və “qələbəlik” görüntüsü yaratmaq idi. Lakin nə “qələbəlik” planı, nə də xalqın dəstəyini qazanmaq cəhdləri baş tutmadı.

Noyabrın 2-nə təyin etdikləri aksiya üçün də müvafiq yer ayrıldı və yenə Milli Şura 19 oktyabr ssenarisini təkrarlamaq istədiyini bəyan etdi. Mitinqə bir gün qalmış bu sevdalarından vaz keçdilər. Bu sübut edir ki, onlar öz əməllərinə görə, məsuliyyət daşımağa hazır deyillər və cəmiyyətdə aranı qızışdıraraq, vətəndaşları “eksperiment dovşanı” kimi istifadə edirlər. 19 oktyabrda iğtişaş cəhdlərinə hakimiyyətin ilk sərt və birmənalı xəbərdarlığından sonra “alovları söndü”.

Onların sönməsinin digər səbəbi də cəmiyyətin dəstəyindən məhrum olmalarıdır. Son 10 gündür sosial şəbəkələrin Azərbaycan seqmentində iki istiqamət müşahidə olunur:

Birinci istiqamət cəmiyyətin Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi və kadr islahatlarına dəstəyidir. Vətəndaşlar sosial sahədə atılan inqilabi addımları yüksək qiymətləndirir, həyata keçirilən islahatların perspektivinə inanır və Azərbaycan Prezidentinin müəllifi olduğu bütün təşəbbüslərə öz dəstəyini ifadə edirlər. Cəmiyyət Azərbaycan Prezidentinin insanların problemlərinə həssas münasibətini, onların həlli istiqamətində operativ tədbirlər görüldüyünü, istək və arzularının qarşılandığını görür, buna görə də hər hansı məsələnin həlli üçün radikal metodları məqbul saymır və bu istiqamətdə irəli sürülən təşəbbüsləri dəstəkləmirlər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ölkənin və hər bir vətəndaşın həyatında inqilabi dəyişikliklərə səbəb olub. Vətəndaşlar hesab edirlər ki, həyata keçirilən siyasətin alternativi yoxdur. Onlar ictimai-siyasi sabitliyin, təhlükəsizlik mühitinin, dinamik inkişaf tendensiyasının pozulmasına səbəb ola biləcək radikal təşəbbüslərə qarşı açıq çıxış edirlər. Dövlət başçısının bütün sahələrdə həyata keçirdiyi islahatlar, o cümlədən həm ölkə əhalisinin, həm də Azərbaycanın mühüm xarici siyasət tərəfdaşlarının açıq şəkildə dəstəklədikləri genişmiqyaslı kadr islahatları radikalların cəhdlərini heçə endirdi. Xalq problemlərinin həllini marginalların bir-biri ilə əlaqəsi olmayan şüarlarında deyil, mütərəqqi islahatlarda görür. Azərbaycan gəncləri ölkədə gedən inkişaf prosesinin fəal iştirakçılarıdır, onlar üçün yaradılmış geniş imkanlardan tam bəhrələnə bilir, cəmiyyət həyatının bütün sahələrində iştirak edir və öz potensiallarını reallaşdırmağı bacarırlar.

İkinci istiqamət də birincinin davamıdır və cəmiyyət açıq şəkildə radikal çağırışlara, qanunsuz addımlara qarşı çıxır. Müxalifətin sosial şəbəkələrdə aksiya təbliğatı, mitinqə çağırışları vətəndaşlar tərəfindən mənfi qarşılanır, cəmiyyətdə neqativ emosiyalar doğurur. Müxalif platformalarda aparılan rəy sorğuları da insanların mitinq təşəbbüsünü dəstəkləmədiklərini təsdiqlədi.

Bunu görən Milli Şura acınacaqlı vəziyyətə düşmək qorxusu ilə 2 noyabr aksiyasından imtina etdi. Və həmişə olduğu kimi bunu “təxribat hazırlanır” iddiası ilə ört-basdır etməyə çalışdılar. Onları “cinsi azlıqlardan ibarət təxribatçılar”, sonra “islamçı təxribatçılar”, “planlaşdırılmış vətəndaş qarşıdurması” barədə uydurduqları saxta hekayələr də xilas etmədi.

Halbuki, “xalqı təmsil edirik” iddiaları fonunda Milli Şura icra orqanlarının mitinq üçün ayırdığı yerə - Lökbatana getməli idi. Görünür, təmsil etdiklərini iddia etdikləri “xalqı” Qaradağa apara bilməyəcəklərini anlayırlar, o zaman, özlərinə lider deyənlər Qarabağı necə azad ecəcək?!

Vaşinqtonda Azərbaycana qarşı tədbir keçirən Cəmil Həsənli, Ramiz Yunus, Sevinc Osmanqızı, ölkə daxilində iğtişaş hazırlayan Əli Kərimli, Gültəkin Hacıbəyli və qruplaşmanın digər üzvlərinin ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə haqqında susmaları, bir cümlə ilə də olsa münasibət bildirməmələri də onların satqın xislətini sübut etdi.

Ermənilər Nümayəndələr Palatasında qondarma “erməni soyqırımı”nı müzakirə edir. Bu barədə bir cümlə belə danışmayan bu qüvvələr isə Vaşinqtonda öz ölkələrinin arxasınca danışırlar. ABŞ-da qəbul edilən “erməni soyqırımı” qətnaməsinə susmaq elə satqınlıqdır.

Bir neçə gün öncə Bakıda Türk Şurasının zirvə görüşü keçirildi. Azərbaycan Prezident İlham Əliyev bütün türk dünyasının bir yumruq kimi birləşməsi və milli maraqlarımız naminə birgə fəaliyyətinin təmin edilməsi istiqamətində fəal işləyir, türkdilli ölkələrlə əməkdaşlığı genişləndirir. Müxalifət isə heç nə olmamış kimi ABŞ-da “erməni soyqırımı” qərarı haqda susurlar. Onlar həm Azərbaycanı, həm də qardaş Türkiyəni özlərinin siyasi ambisiyalarına satırlar.

“Bir millət, iki dövlət” ideyasına xəyanət, taktiki siyasi vəzifələrə və xarici dəstəyə görə ermənipərəst qətnaməyə etiraz etməmək radikal müxalifətin koordinat sistemində dəyərlərin olmadığını sübut edir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm